Koronavirusun yeni ştamı Pirola barmaqlarda ağrı və qızartıya səbəb ola bilər
09.10.2023 17:11

Koronavirusun Pirola adlı yeni variantı bəzi xəstələrdə əl və ayaq barmaqlarında qızartı və həmin nahiyələrdə ağrı kimi qeyri-adi simptomlara səbəb olur.


Aztibb.az "Chronicle Live" nəşrinə istinadən xəbər verir ki, bu məlumatı “ZOE Health Study” tibbi araşdırma şirkəti açıqlayıb.


Yeni COVID-19 variantının ən ümumi simptomları burun axması, tıxanıqlıq, baş ağrısı, boğaz ağrısı, yorğunluq və asqırma olaraq qalır.


Bununla belə, həkimlərdən alınan məlumatlara görə, xəstəliyin qeyri-adi təzahürləri, məsələn, dəri səpgiləri, dildə və ya dodaqların daxili səthində xoralar, həmçinin əl və ayaq barmaqlarında qızartı və ağrılar müşahidə edilir.


Bundan əlavə, Pirola ilə yoluxduqda xəstələr diareya ilə qarşılaşa bilərlər. Xəstəliyin digər qeyri-səciyyəvi simptomları arasında səsin xırıltısı, qızartı və göz qaşınması daxildir.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev