“Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin bağlanışı olub
05.10.2023 16:56
Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Psixi sağlamlıq xidmətlərinin münaqişədən sonrakı dövrdə koordinasiyası və transformasiyası” layihəsinin bağlanış tədbiri keçirilib.
 
Aztibb.az bu barədə ÜST-nin Azərbaycan Nümayəndəliyinin feysbuk səhifəsinə istinadla xəbər verir.
 
Tədbirdə iştirak edən ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Nelli Veysova, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov layihənin fəaliyyəti boyunca 2 il ərzində görülən işlər, nailiyyətlər və perspektivlər barədə çıxış ediblər.
 
ÜST-nin Regional ofisinin nümayəndəsi Melita Murko “Psixi sağlamlığın regional prespektivi”, regional məsləhətçi Peter Hughes “mhGAP: psixi sağlamlıq və psixo-sosial dəstəyin (PSPSD) ilkin səhiyyə xidmətinə inteqrasiyası və qayğı modelinin transformasiyası”, ÜST-nin Ölkə Ofisinin psixi sağlamlıq və qeyri-yoluxucu xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayilov “Layihənin nailiyyətləri və çətinlikləri” və TƏBİB-in İlkin səhiyyə xidmətinin təşkili şöbəsinin müdiri Nəhmət Rəhmanov “Layihənin ilkin səhiyyə xidmətindəki əhəmiyyəti” mövzusunda təqdimatlarla çıxış ediblər.
 
Qeyd edək ki, keçmiş təmas xəttinə yaxın 5 rayonu əhatə edən - Ağdam, Ağcabədi, Bərdə, Füzuli və Tərtər - layihənin əsas məqsədi münaqişənin təsirinə məruz qalmış əhalinin psixi sağlamlıq və psixososial dəstək xidmətlərinə əlçatanlığını yaxşılaşdırmaq üçün ilkin səhiyyə xidməti müəssisələrində psixi sağlamlıq xidmətləri potensialını artırmaq olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub