TƏBİB Maliyyə şöbəsinin müdiri və baş mühasib vəzifələri üzrə vakant yerlər elan edir
05.10.2023 10:19
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Maliyyə şöbəsinin müdiri və baş mühasib vəzifələri üzrə vakant yerlər elan edir.
 
Bu barədə Aztibb.az TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir.
 
Maliyyə şöbəsinin müdiri:
• Respublika Neyrocərrahiyyə Xəstəxanası;
• Xətai Tibb Mərkəzi;
• Respublika Endokrinoloji Mərkəzi;
• Qubadlı Rayon Mərkəzi Xəstəxanası;
• Qobustan Rayon Mərkəzi Xəstəxanası;
• Siyəzən Müalicə Diaqnostika Mərkəzi;
• Biləsuvar Rayon Mərkəzi Xəstəxanası;
• Masallı Rayon Mərkəzi Xəstəxanası;
• Astara Rayon Mərkəzi Xəstəxanası;
• Sabirabad Rayon Mərkəzi Xəstəxanası;
• Tərtər Rayon Mərkəzi Xəstəxanası;
• Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası;
• Bərdə Rayon Mərkəzi Xəstəxanası;
• Qax Rayon Mərkəzi Xəstəxanası;
• Şəmkir Rayon Mərkəzi Xəstəxanası.
 
Baş mühasib:
• Xızı Rayon Mərkəzi Xəstəxanası.
 
Əməkhaqqı:
• “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 
 Tələb olunan bilik, təcrübə və bacarıqlar:
• Ali təhsil (maliyyə, iqtisadiyyat və idarəetmə);
• Sahə üzrə 5 il iş təcrübəsi;
• Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
• Tələb olunan sertifikatlar: Peşəkar Mühasib Sertifikatı (MHBS və ya KOS üzrə MHBS).
 
Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
• Komandada işləmə;
• Məsuliyyətlilik;
• İntizamlılıq;
• Nəticəyönümlülük.
 
İşin təsviri:
• Maliyyə və digər resurslardan qənaətlə istifadə edilməsinə nəzarət;
• Aylıq mənfəət zərər hesabatı və balans hesabatının təqdim olunması;
• Büdcə ilə faktiki göstəricilərin təhlil edilməsi;
• Statistika, Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV,Əmlak,DSMF və s) təqdim edilməsi;
• Mal və maddi dəyərlərin qəbulu və buraxılmasının müəyyən edilmiş qaydalarına riayət edilməsinə, əmək haqqı fondunun düzgün xərclənməsinə, ştat, maliyyə və büdcə intizamına əməl edilməsinə nəzarət edilməsi;
• Tibb müəssisəsinin xərclər smetasına uyğun alışların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun təşkil edilməsinə nəzarət edilməsi;
• Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarət edilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmtəə mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət edilməsi;
• Tibb müəssisəsinin illik maliyyə hesabatlarının tərtibi;
• Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, muhasibat uçotu hesablarında onların hərəkətinin qeyd edilməsini təşkil edilməsi;
• Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkili;
• Müxtəlif dövlət orqanlarına təqdim edilən hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi.
 
Müraciət qaydası:
• Vakansiyaya son müraciət tarixi: 30.10.2023.
• CV-lər vacancy@tabib.gov.az ünvanına göndərilməlidir;
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-ni mövzu yerində çalışmaq istədiyi müəssisənin adını və vəzifəni (məsələn, “Xətai Tibb Mərkəzi-Maliyyə şöbəsinin müdiri”) qeyd edərək göndərmələri xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub