Gəncədə “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans keçiriləcək
05.10.2023 10:44
TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanası və “Qastroenterologiya və İnvaziv Endoskopiya” Elmi Araşdırmalar və Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans keçiriləcək.
 
Bu barədə Aztibb.az-a Gəncə ŞBX-dan xəbər verilib.
 
Gəncə Dövlət Filarmoniyasında baş tutacaq konfransda Türkiyədən dəvət olunan professor heyəti, Bakıdan və Gəncə şəhərindən olan mütəxəssislər aktual mövzularla çıxış edəcəklər.
 
Konfransda mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər, son tədqiqatlar barədə təqdimatlar yer alacaq.
 
Tədbirdə iştirak etmək üçün TƏBİB-in tabeliyindəki tibb müəssisələrində fəaliyyət göstərən cərrahlar, onkoloqlar, qastroenteroloqlar, terapevtlər müraciət edə bilərlər.
 
Konfrans Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunub və iştirak edən həkimlərə 13 kredit balının verilməsi nəzərdə tutulub.
 
Ətraflı məlumat üçün əlaqə nömrəsi: (+994) 77 272 03 01.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub