Fövqəladə hallar və qəzalar zamanı düzgün ilkin tibbi yardımın göstərilməsinə dair təlim keçirilib
04.10.2023 12:12
ÜST-nin Azərbaycan ofisi tərəfindən BMT-nin İnkişaf Proqramı (BMTİP) ofisinin əməkdaşlarına fövqəladə hallar və qəzalar zamanı düzgün ilkin tibbi yardım göstərilməsi üçün təlim keçirilib.
 
Aztibb.az bu barədə ÜST-nin Azərbaycan ofisinə istinadla xəbər verir.
 
Təlim təməl və təkmil həyat dəstəyi təlimlərinin proqramlarına uyğun olaraq böyüklər, uşaqlar və körpələrə tətbiq olunmalı xüsusi müdaxilələr əsasında nəzəri və praktik formada hazırlanıb.
 
Əsas məqsəd sadə, lakin həyati əhəmiyyətli biliklər barədə məlumatlılığı artırmaq və mümkün qədər daha çox həyat xilas etməkdir.
 
Ümumilikdə, 3 qrupda keçirilmiş təlim BMTİP ofisinin 61 əməkdaşını əhatə edib.
 
Sonda iştirakçıların öyrəndiyi biliklər post-test vasitəsilə qiymətləndirilib və iştirakçılara sertifikatlar təqdim edilib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev