Məmmədrza ağa Vəkilov - Vətəndaşlara ödənişsiz və ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri
02.10.2023 11:19
"Dahi təbiblər" rubrikamızda bu dəfə Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü, Zaqafqaziya Tibb Cəmiyyətinin həqiqi üzvü, Bakı Tibb Cəmiyyətininin təsisçisi, vətəndaşlara ödənişsiz və ambulator yardım təşkil edilməsinin ilk banilərindən olan Məmmədrza ağa Vəkilovdan bəhs edəcəyik.
O, 8 mart 1864-cü ildə Qazax rayonunun Salahlı kəndində anadan olub. 1876-cı ildə I Tiflis klassik gimnaziyasında təhsilini başa vurub, 1887-1893-cü illərdə Xarkov Universitetinin Tibb fakültəsində təhsil alıb.
M.Vəkilov əmək fəaliyyətinə Tiflisdəki Mixaylovsk xəstəxanasında başlayıb. 1895-ci ildə Əbdülxalıq Axundov və Kərim bəy Mehmandarov ilə birgə Bakı Tibb Cəmiyyətini təsis edib.
1896-cı ildə Qars dəmiryolu xəttinin tikintisində sahə həkimi işləyib, 1898-ci ildə həmin ərazidə tikilən 50 çarpayılıq xəstəxanaya müdir təyin olunub. Daha sonra isə həkim-ordinator kimi Bakıya Dəmiryolu Xəstəxanasına göndərilib.
1900-cü ildə Bakı şəhər Duması ilk dəfə olaraq “kasıblar üçün həkim” vəzifəsinin ştatını təsdiq edib və bu vəzifəyə sahə həkimi kimi M.Vəkilov seçilib. Vətəndaşlara ödənişsiz xidmət göstərən M.Vəkilov 1 ilə yaxın sahə həkimi işləyib və əhalinin nə qədər ambulator müalicəyə ehtiyacı olduğunun şahidi olub.
O, Bakı Şəhər Tibb Cəmiyyəti və Bakı Şəhər Duması qarşısında müalicəxanaların açılması barədə dəfələrlə təkliflərlə çıxış edib. 1902-ci ildə bu barədə layihə təqdim edib. Layihədə şəhərin müxtəlif yerlərində insanların ödənişsiz xidmət ala biləcəyi klinikaların açılması, xəstəliklərin yayılmasının qarşısının alınması və b. məsələlər yer alıb.
Uzun mübarizədən sonra özünün rəhbərliyi ilə ödənişsiz fəaliyyət göstərən 6 klinikanın açılmasına nail olan M.Vəkilov əhaliyə ambulator yardım təşkil edilməsinin ilk banilərindən biri hesab olunur.
Məmmədrza Ağa Vəkilov 30 dekabr 1944-cü ildə Bakı şəhərində vəfat edib.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08

