Xolesistektomiya əməliyyatından sonra hansı ağırlaşmalar ola bilər?
30.09.2023 14:38

Bugünlərdə demək olar ki, ən çox icra olunan əməliyyatlardan biri də xolesistektomiyadır. Bu əməliyyat öd kisəsinin bədəndən xaric edilməsi ilə icra olunur.

 

Aztibb.az xəbər verir ki, həkim-radioloq Şəbnəm Topbaştekin bildirib ki, xolesistektomiya iki üsulla (cərrahi və laparoskopik) aparılır.

 

Onun sözlərinə görə, öd kisəsi xaric edildikdən sonra 10% hallarda postxolesistektomiya sindromu adlanan vəziyyət yarana bilər. Belə halda xəstələrdə öd kisəsi əməliyyatından əvvəl olan şikayətlər təkrarlanır.

 

Ş.Topbaştekin qeyd edib ki, laparoskopik əməliyyatın açıq cərrahi əməliyyatdan üstünlüyü 10-15 sm.-lik kəsik yerinə 4 ədəd kiçik dəlik olması, anesteziya müddətinin və anestetikin miqdarının az olması, xəstəxana infeksiyası riskinin, müalicə və baxım maliyyətinin az olması, xəstənin daha tez sağalıb iş qabiliyyətini daha erkən bərpa etməsi, əməliyyat sonrası ağrıların daha az olmasıdır. Bu əməliyyat bəzi hallarda tətbiq olunmur. Belə hallara xəstənin çox kilolu olması, əvvəlcədən qarın boşluğunda icra olunmuş böyük əməliyyat aiddir.

 

"Bu üsulun müsbət cəhətləri olduğu kimi, ağırlaşmaları da vardır. Bunlara öd kanalının yaralanması, infeksiya, pnevmaniya, qanaxma, öd kisəsi daşlarının tamamilə çıxarılmaması, öd daşlarının qarına düşməsi, ümumi öd axarında daşın qalması, öd kanalının daralması, yırtıq, abses və s. aiddir. Yaralanmaya aid olan ağırlaşmaya biliomanı nümunə göstərmək olar. Bilioma öd yollarının travmatik zədələnməsindən sonra yaranaraq daxili öd möhtəviyyatı ilə dolu olan kistik törəmədir", - deyə radioloq bildirib.

 

Həkim əlavə edib ki, ağırlaşma olan xəstələrdə əməliyyat yerində axıntı, qarının sağ üst tərəfində ağrı, üşütmə, yüksək və davamlı qızdırma, öskürək, iştahsızlıq, ürəkbulanma və qusma və s. olur. Əlamətlər əməliyyatdan 1 həftəyə qədər müddətdə başlayır. Diaqnoz xəstənin şikayətləri və ultrasəs müayinəsi vasitəsilə qoyulur: "Ağırlaşmaları nəzərə alaraq əməliyyat üçün daha təcrübəli cərraha müraciət edilməli, bütün müayinələrdən keçməli və əmliyyat üsulu cərrahın qərarı ilə icra olunmalıdır".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır