Qrip kimi başlayıb ağciyərlərə enən təhlükə: Respirator Sinsitial Virus
30.04.2026 11:28

Son dövrlərdə qripəbənzər simptomlarla müşayiət olunan respirator infeksiyaların artması fonunda Respirator Sinsitial Virus infeksiyası (RSV) yenidən klinik və ictimai sağlamlıq baxımından aktual mövzuya çevrilib.

   

Aztibb.az xəbər verir ki, mütəxəssislərin müşahidələrinə əsasən, RSV çox vaxt ilkin mərhələdə qeyri-spesifik simptomlarla - yəni yuxarı tənəffüs yollarının yüngül zədələnməsi ilə başladığından, xəstələr tərəfindən əhəmiyyətli hesab edilmir. Bu isə gecikmiş diaqnostika və nəticə etibarilə ağırlaşmaların artmasına səbəb ola bilər. RSV infeksiyası, əsasən burun axıntısı, öskürək, halsızlıq və bədən hərarətinin yüksəlməsi ilə özünü göstərir. Lakin xəstəlik irəlilədikcə aşağı tənəffüs yollarına yayılaraq bronxiolit və pnevmoniya kimi ağır fəsadlara səbəb ola bilər. Xüsusilə körpələrdə nəfəs darlığı, sürətli tənəffüs və qidalanma çətinliyi kimi əlamətlər müşahidə oluna bilər.

 

Adətən bir çox insan RSV-yə yoluxduğunu fərq etmir. Bu isə erkən tibbi müdaxilənin gecikməsinə səbəb olur. Nəticədə xəstəlik daha ağır klinik gediş alaraq, xüsusilə 0-2 yaş arası uşaqlar və yaşlı insanlar üçün ciddi təhlükəyə çevrilir. Virus əsasən damcı yolu ilə – öskürək, asqıraq və yaxın təmas nəticəsində yayılır. Eyni zamanda, virusun müxtəlif səthlərdə uzun müddət aktiv qala bilməsi yoluxma riskini artırır. Yoluxmuş şəxslərdə əlamətlər adətən 4-6 gün ərzində meydana çıxır, yoluxduruculuq isə orta hesabla 10-11 gün davam edir. Risk qrupuna vaxtından əvvəl doğulan (prematür) körpələr, immun sistemi zəif olan şəxslər, ürək xəstəliyi olan uşaqlar, eləcə də orqan transplantasiyası keçirmiş pasiyentlər daxildir. Bu kateqoriyaya aid olan şəxslərdə RSV infeksiyası daha ağır və uzunmüddətli keçə bilər.

 

RSV qrip və digər respirator infeksiyalarla tez-tez qarışdırıldığı üçün, əlamətlər müşahidə edildiyi anda vaxt itirmədən həkimə müraciət olunmalıdır. Erkən diaqnoz və düzgün müalicə ağırlaşmaların qarşısını almaqda mühüm rol oynayır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır