Yaz allergiyası astmaya çevrilə bilər?  
03.05.2026 15:09

Yaz aylarının gəlişi bir çox insan üçün xoş əhvali-ruhiyyə ilə yanaşı, müxtəlif sağlamlıq problemlərini də özü ilə gətirir. Xüsusilə polenlərin (bitki tozcuqlarının) havada artması allergik xəstəliklərin kəskinləşməsinə səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib.

 

Onun sözlərinə görə, bu allergiyalar bəzən sadəcə burun axıntısı və asqırma ilə məhdudlaşsa da, bəzi hallarda daha ciddi tənəffüs problemlərinə, o cümlədən astmaya gətirib çıxara bilər: “Yaz allergiyası əsasən allergik rinit kimi özünü göstərir. Bu zaman burun selikli qişası iltihablaşır, asqırma, burun axıntısı, qaşınma və gözlərdə sulanma müşahidə olunur. Lakin bu proses yalnız yuxarı tənəffüs yolları ilə məhdudlaşmır. Müalicə olunmadıqda və ya nəzarətsiz qaldıqda iltihab aşağı tənəffüs yollarına – bronxlara yayıla bilər. Bu zaman bronxlar həssaslaşır, daralır və nəticədə astma inkişaf edir. Tibbdə bu proses “allergik marş” və ya “allergik yürüş” kimi tanınır. Araşdırmalar göstərir ki, allergik riniti olan insanların əhəmiyyətli hissəsində zamanla astma riski artır. Tez-tez asqırma, şəffaf burun axıntısı, buruntutulma, burunda və gözlərdə qaşınma allergik rinitin əsas əlamətləridir”.

 

Pulmonoloq qeyd edib ki, astma daha çox aşağı tənəffüs yollarını əhatə edir və nəfəs darlığı, sinədə sıxılma hissi, xırıltılı nəfəs, xüsusilə gecə artan quru öskürək, fiziki fəaliyyət zamanı nəfəs çatışmazlığı əlamətləri olur: “Əgər simptomlar yalnız burun və gözlərlə bağlıdırsa, bu daha çox allergiyanı göstərir. Lakin nəfəsalma çətinliyi və öskürək də qoşulursa, artıq astma ehtimalı nəzərə alınmalıdır. Əgər şikayətlər mövsümi xarakter daşıyır və əsasən burun-göz əlamətləri ilə məhdudlaşırsa, allerqoloqa müraciət etmək məqsədəuyğundur. Allerqoloq səbəb olan allergenləri müəyyənləşdirə və uyğun müalicə planı tərtib edə bilər. Lakin nəfəs darlığı, uzunmüddətli öskürək, sinədə sıxılma və ya xırıltı varsa, pulmonoloq müayinəsi vacibdir. Bu hallarda tənəffüs yollarının funksional vəziyyəti yoxlanılmalı və astma ehtimalı dəyərləndirilməlidir. Allergenlərlə təmas zamanı bronxlarda iltihab artır, selik ifrazı çoxalır və bronxlar daralır. Bu isə astma tutmalarının tezləşməsinə və daha ağır keçməsinə səbəb olur. Xüsusilə yaz aylarında polenlərin yüksək olduğu dövrlərdə astma xəstələrinin vəziyyəti pisləşə bilər”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır