TƏBİB aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir
30.09.2023 10:27

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi təhsil və innovasiyalar departamentinin Davamlı tibbi təhsil şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

 

Aztibb.az TƏBİB-ə istinadla xəbər verir ki, namizədin görəcəyi işlər aşağıdakılardır:

 

  • Tədris-metodiki və hüquqi sənədlərin hazırlanması;
  • Tibb müəssisələrində çalışan əməkdaşlarla əlaqə saxlanılması, onların təlim vasitələrinin işlənib hazırlanması üzrə cəlb edilməsi, hazırlanmış təlim vasitələrinin müzakirəsinin, rəy verilməsinin və çapa hazırlanmasının təşkil edilməsi, qabaqcıl təcrübənin öyrənilməsi;
  • Təlimlərin keyfiyyətinin müntəzəm olaraq yoxlanılması, təhlil edilməsi və keyfiyyətin yaxşılaşdırılması üçün təkliflərin hazırlanması;
  • Şöbənin icraatında olan məktubların cavablandırılması;
  • Təlim mərkəzlərinin təchizat bazasının siyahısının formalaşdırılması;
  • Davamlı tibbi təhsil tədbirlərinin keçirilməsi üçün sənədlərin hazırlanması;
  • Davamlı tibbi təhsil tədbirlərinin təşkili proseslərinin hesabatlılığına nəzarət edilməsi;
  • Yerli, beynəlxalq qurum və təşkilatlarla görüşlərin təşkili;
  • Mütəmadi təşkil edilən iclas və tədbirlərin hesabatlılığının təmin edilməsi, protokolların hazırlanması;
  • Keçirilmiş tədbirlərin KİV vasitəsilə işıqlandırılmasında texniki dəstəyin göstərilməsi

 

TƏBİB üçün uyğun namizəd:

  • Ali tibbi təhsil
  • Sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Kompüter bilikləri: Microsoft Office – sərbəst
  • Dil bilikləri: İngilis dili və rus dili – sərbəst
  • Dürüstlük
  • Məsuliyyətlilik
  • İntizamlılıq
  • Yüksək kommunikasiya bacarığı

 

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00

 

Müraciət qaydası

  • Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Davamlı tibbi təhsil şöbəsi-aparıcı məsləhətçi” yazaraq göndərmələri xahiş olunur.
 
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
 
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsini

 

Ətraflı: https://tabib.gov.az/vetendashlar-ucun/vakansiyalar/17 

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub