"Dahi təbiblər" rubrikası: Azərbaycanlı cərrah-alim Cavad Heyət
26.09.2023 10:44
"Dahi təbiblər" rubrikamızda məşhur azərbaycanlı cərrah, İranda ilk dəfə açıq ürək əməliyyatını (koronar şuntlama) gerçəkləşdirən, Beynəlxalq Cərrahlar Cəmiyyətinin idarə heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü,  Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvü,  professor Cavad Heyət haqqında məlumatları oxuculara təqdim edirik.
 
 
Cavad Heyət 1925-ci il mayın 24-də Təbrizdə anadan olub. Atası Mirzəli Heyət zəmanəsinin tanınmış ziyalılarından olub.
 
O, “Məşrutə” inqilabının fərmanını Nəcəfdən Təbrizə və Tehrana aparan heyətin rəhbəri olduğu üçün "Heyət" adı ilə tanınıb. Cavad Heyət orta təhsilini Təbriz, Həmədan və Tehranda alıb, daha sonra tibb təhsilinə başlayıb, ancaq üçüncü sinifdən sonra təhsilini davam etdirmək üçün İstanbula yollanıb. 1946-cı ildə Türkiyənin İstanbul Universitetini bitirib, həmin universitetdə 3 il işlədikdən sonra təhsilini 4 il müddətində Fransadakı Paris Universitetində davam etdirib.
 
Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıdıb. Doktor Cavad Heyət İranda eksperimental cərrahiyyənin təməlini qoyub. 1954-cü ildən etibarən ürək üzərində apardığı əməliyyatlar onu istedadlı cərrah kimi tanıdıb. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib.
 
Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.
 
Cavad Heyət, həmçinin Beynəlxalq Cərrahlar Cəmiyyətinin İdarə Heyətinin və Paris Cərrahlar Akademiyasının üzvü seçilib. O, 12 il ərzində "Daneşe pezeşki" (Tibb Elmi) adlı jurnal dərc etdirib və yüzlərcə elmi məqalənin, cərrahiyyəyə aid üç kitabın müəllifi olub. "Varlıq" dərgisini nəşr etdirən həkim türkologiyaya aid yeddi cildlik kitab yazıb.
 
O, eyni zamanda Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru olub (həm tibb, həm də türkologiya sahəsi üzrə). Azərbaycan, ingilis, fars, türk və s. dilləri mükəmməl bilib.
 
Cavad Heyət 2014-cü il avqustun 12-də Bakı şəhərində dünyasını dəyişib. II Fəxri Xiyabanda dəfn edilib.
 
TƏBİB
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub