Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına vakant yerlər elan olunur
26.09.2023 12:51
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) aşağıdakı vəzifələr üzrə vakant yerlər elan edir.
 
Aztibb.az TƏBİB-in feysbuk səhifəsinə istinadla bildirir ki, iş yeri Daşkəsən Rayon Mərkəzi Xəstəxanasıdır.
 
Mövcud vakant vəzifələr:
• Ginekologiya və doğum şöbəsinin müdiri (həkim-mama-ginekoloq);
• Poliklinika şöbəsinin müdiri;
• Həkim-diyetoloq;
• Həkim-psixiatr;
• Həkim-uroloq;
• Şüa diaqnostikası üzrə həkim;
• Fizioterapiya kabinetinin müdiri;
• Həkim-ümumi cərrah;
• Həkim-anestezioloq-reanimatoloq;
• Terapiya şöbəsinin müdiri;
• Təcili və Təxirəsalınmaz Tibbi Yardım üzrə həkim;
• Ailə həkimi-terapevt;
• Ailə həkimi-pediatr.
 
Əməkhaqqı:
• Əməkhaqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
 
 Müraciət qaydası:
• CV və aşağıda qeyd olunan sənədlərin nüsxələrini vacancy@tabib.gov.az ünvanına mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını və iş yerini (məsələn: Daşkəsən RMX–həkim -ümumi cərrah) qeyd edərək müraciət edə bilərsiniz.
 
Tələb olunan sənədlər:
• Şəxsiyyəti təsdiq edən sənədin surəti;
• Əsas (baza ali) tibb təhsili haqqında sənədin surəti (diplom), xaricdə təhsil almış namizədlərin ali tibbi təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla);
• Xarici dövlətlərdə təhsil alan şəxslər üçün işə buraxılma haqqında şəhadətnamənin surəti (namizədin işə qəbulunun rəsmiləşdirilməsi zamanı tələb olunacaq);
• Sertifikasiya şəhadətnaməsinin surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azadolma halları istisna olmaqla).
 
Son müraciət tarixi: 22.10.2023
Müraciətlər nəzərdən keçirilərək, yalnız yuxarıda göstərilən müraciət qaydalarına riayət edən və tələb olunan sənədləri təqdim edən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: TƏBİB İT təhlükəsizliyi səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com.
Müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub