Burun çəpəri əyriliyinin diaqnozu əsasən endoskopik rinoskopik müayinə nəticəsində qoyulur
25.09.2023 10:03

Burun çəpərinin əyriliyi burun boşluğunu iki hissəyə ayıran qığırdaq və sümüyün sağa və sola, yaxud hər iki tərəfə əyilməsidir. Burun çəpəri əyriliyi yıxılma, buruna və üzə zərbə nəticəsində, burun və üz skletinin formalaşması zamanı bir-birinə nisbətən qeyri-mütənasib inkişafı ilə əlaqədar yaranır.

 

Aztibb.az xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin otorinolarinqoloqu Abdulla Hüseynov bildirib ki, burun çəpəri əyri olan insanlar əsasən burunun davamlı tutulmasından şikayət edirlər: "Belə xəstələrdə baş ağrısı, ağızla nəfəs alma, tez yorulma, tənginəfəslik, yaddaş zəifliyi, xroniki ürək-ağciyər xəstəliklərinin əmələ gəlməsinə yol açır".

 

Onun sözlərinə görə, diaqnoz əsasən xəstənin şikayətlərinə və endoskopik rinoskopik müayinə nəticəsində qoyulur. Rentgen və kompüter tomoqrafiya zamanı da bu diaqnozu qoymaq mümkündür.

 

A.Hüseynov qeyd edib ki, burun çəpərinin cüzi əyriliyi tənəffüsun pozulması yoxdursa əməliyyat olunmur. Yuxarıda sadalanan əlamətlər varsa əməliyyata göstərişdir.

 

"Əməliyyat ümumi narkoz altında aparılır. Əməliyyat zamanı burun çəpərinin qığırdaq və ya sümük hissəsində olan əyriliklər düzləşdirilir, ya da xaric edilərək burun çəpərinin orta xəttinə qoyulur. Burun tənəffüsu bərpa olunur", - deyə həkim əlavə edib.


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Pediatr Afət Əsgərova: