Qax Rayon Mərkəzi Xəstəxanasında ixtisaslaşmış laboratoriya fəaliyyət göstərir  
24.09.2023 09:30
Qax Rayon Mərkəzi Xəstəxanası ilə Referans Klinik Laboratoriya Mərkəzinin birgə bağlanmış müqaviləsinə əsasən xəstəxanada ixtisaslaşmış laboratoriya fəaliyyət göstərir.
 
Aztibb.az-a Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Referans Klinik Laboratoriya Mərkəzi 2016-cı ildən etibarən laborator xidmətlər, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir.
 
İxtisaslaşmış laboratoriyada Hepatit A,B,C, qanın ümumi analizi, koaquloqramma, sidiyin və nəcisin ümumi analizi, biokimyəvi analizlər, eləcə də Tropanin-İ və siflis müayinələr aparılır. Yaxın zaman ərzində hormon müayinələrinin tətbiqi də baş tutacaq.
 
Vətəndaşlar xəstəxanaya gəlmədən “E-TƏBİB” mobil tətbiqi vasitəsilə analiz nəticələrinə tez və rahat şəkildə baxa bilərlər.
 
Qax Rayon Mərkəzi Xəstəxanasında laborator müayinələrin aparılmasında təcrübəli laborant-həkimlərimiz fəaliyyət göstərir.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub