Xroniki öskürəyin tənəffüs yolları xəstəlikləri ilə bağlı səbəbləri müxtəlifdir
23.09.2023 12:20

2 aydan çox davam edən öskürək - xroniki öskürək adlanır. Xroniki öskürəyin tənəffüs yolları xəstəlikləri ilə bağlı olan səbəbləri müxtəlifdir və çoxlarımıza bəllidir. Bunlara burun-boğaz orqanları ilə bağlı problemlər, bronxitlər, bronxial astma və xroniki obstruktiv ağciyər xəstəliyi, bronxoektaziyalar, ağciyər vərəmi və s. aiddir.

 

Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının terapevti Xumar Novruzova “Xroniki öskürəyin səbəbləri və aradan qaldırılması yolları” mövzusunda çıxışı zamanı deyib.

 

Xumar Novruzova bildirib ki, xroniki öskürək yalnız qıcıqlanma deyil. Xroniki öskürək yuxuya mane ola bilər. Xroniki öskürəyin ağır hallarında qusma, başgicəllənmə və hətta qabırğaların qırılması baş verə bilər:

"Lakin xroniki öskürəyin həm də tənəffüs yolları ilə bağlı olmayan səbəbləri də kifayət qədər çoxdur. Bunlardan ən yayılmışı qastroezofageal reflyuks xəstəlıyidir. Bu problemi olan şəxslərdə adətən öskürək qida qəbulundan sonra və yatarkən artır, ağızda acılıq, mədə qıcqırması kimi şikayətləri olur, artıq çəkılı yaxud da ağır fiziki işlə məşqul olanlarda, mədə - qida borusu yırtığı diaqnozu qoyulmuş şəxslərdə olur. Bəzən reflyuks xəstəlıyi olanların ümumən mədə ilə şıkayəti olmaya da bilər, lakin bəzi müayinələr bu duaqnozu qoymağa əsas verir.  Öskürəyin məhz reflyuksla əlaqəlı olması müəyyən edildıkdən sonra pəhriz, yuxu rejimi, yatarkən qida qəbul etməmək və yastığı hündür etmək kimi tövsiyələrlə yanaşı mədə turşuluğunu neytrallaşdıran dərman vasitələrinin təyini öskürəyin aradan qalxmasına və xəstənın həyat keyfiyyətinə müsbət təsir göstərir".

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
Milli İdman Tibb və Reabilitasiya İnstitutu pediatr vəzifəsi üzrə həkim axtarır
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib
Vətəndaşlara operativ təcili və təxirəsalınmaz tibbi yardım göstərilir
Lənkəranda İİV-lə bağlı maarifləndirmə işi aparılıb
Kardiologiya İnstitutunda könüllülərlə görüş keçirilib
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv