"Sağlam olaq, donor olaq!” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
20.09.2023 15:19

Sentyabrın 23-ü saat 10:00-dan 16:00-dək "Dəniz Mall”da bu ticarət mərkəzinin dəstəyi, "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”nin təşkilatçılığı, həmçinin Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə Ümümmilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam olaq, donor olaq!” şüarı altında qanvermə aksiyası təşkil olunacaq. 

 

Bu barədə Aztibb.az-a "Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”ndən bildirilib.

 

Aksiya ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, eləcə də Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində keçiriləcək.

 

Toplanılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub