ATU dörd tələbəsini Türkiyəyə göndərir
19.09.2023 13:22

Azərbaycan Tibb Universitetində (ATU) Tibb bacısı ixtisası üzrə təhsil alan 4 tələbə universitet xətti ilə payız semestri üçün Türkiyəyə praktikaya göndərilir.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Bildirilib ki, bir neçə ildir ATU-nun İctimai səhiyyə fakültəsinin tərkibində Tibb bacısı ixtiasası yaradılıb. Orhun mübadilə proqramı çərçivəsində universitetin 4 tələbəsi payız semestrini Türkiyənin Ege və Qazi universitetlərində keçirəcək.

 

Tələbələr və onların valideynləri ilə görüşən ATU-nun rektoru, professor Gəray Gəraybəyli yeni ixtisasın önəmindən danışıb: “Universitetimiz üçün Tibb bacısı ixtisası üzrə ali təhsil vermək çox aktual idi. Artıq xeyli müddətdir ki, Avropada, Türkiyədə, dünyanın inkişaf etmiş ölkələrində bu ixtisasa böyük önəm verilir”.

 

Rektor əlavə edib ki, bu il Tibb bacısı ixtisası üçün magistratura master proqramı da hazırlanıb.

 

Görüşdə iştirak edən valideynlər tələbələr üçün yaradılan bu imkana görə universitet rəhbərliyinə təşəkkürlərini bildiriblər.

 

Qeyd edək ki, Orhun mübadilə proqramı Türk Universitetləri Birliyinə üzv olan təhsil müəssisələri arasında həyata keçirilir. ATU bu təşkilatın qurucularından biri və üzvüdür.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır