Karantin müddətində uşaqların gündəlik rejimi necə qurulmalıdır? - İZAH
22.07.2020 14:34

Evdə qalan uşaqların psixologiyasının gərginləşməməsi üçün rejim necə təyin edilməlidir?

 

Bu suala həkim-pediatr Aytən İsmayılzadə belə cavab verib:

 

"Yay məktəbinə getməyə alışan uşaqlar üçün bu müddəti evdə keçirmək daha çətindir. Bildiyimiz kimi, karantin müddətində yay məktəbi yoxdur. Ona görə də, valideynlərə (öz övladlarımla qurduğum kimi) yay məktəbi qurmalarını təklif edirəm. Biz evdə cədvəl qurmuşuq. Uşaqlar hər səhər durub idman edir, səhər yeməyi yeyib, öz qablarını yığır. 40 dəqiqə kitab oxuduqdan sonra, 30-40 dəqiqədən çox olmamaq şərtilə cizgi filminə və ya kompüterdə onları maraqlandıran məlumatlara, videoroliklərə baxırlar. Sonra evi yığışdırmaqda kömək edirlər. Qeyd edim ki, hər uşağın yaşına uyğun ona iş buyurmaq olar. Məsələn: öz paltarlarını və ya yerini yığışdırmaq.

Nahardan sonra hər gün maraqlı nəsə düzəldir və ya şəkil çəkirlər. Daha sonra isə master-klass keçirlər. Yəni meyvə, tərəvəz salatı, pizza, peçenye kimi onlara xoş olacaq və zamanlarını səmərəli keçirəcəkləri nələrsə hazırlayırlar. Ancaq yeməklər hazırlayarkən zərərli qidalardan maksimum istifadə etməməyə çalışın. Həftənin günlərinə onlara maraqlı olan oyunları – şahmat, dama və s. daxil edin. Gün ərzində fasilələrlə 3 dəfə televizor və ya kompüterdən istifadə edilə bilər. Ümumiyyətlə, gün ərzində uşaqlar 2 saatdan artıq televizor və kompüter qarşısında zaman keçirməməlidirlər".

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır