“Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda elmi konfrans keçiriləcək
18.09.2023 12:21

23 sentyabr 2023-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və “Dayaq ZN” Patronaj Xidmətinin birgə təşkilatçılığı ilə Beynəlxalq Altsheymer Xəstəliyi barədə Məlumatlandırma Gününə həsr edilmiş “Demensiyaların müasir psixososial xüsusiyyətləri” mövzusunda elmi konfrans keçiriləcək.

 

Bu barədə Aztibb.az-a Mərkəzi Gömrük Hospitalından xəbər verilib.

 

Konfransda yüksəkixtisaslı mütəxəssislər tərəfindən mövzu ilə əlaqəli təqdimatlar ediləcək və auditoriyanı maraqlandıran suallar cavablandırılacaq.

 

Proqrama uyğun olaraq konfrans psixiatr, nevropatoloq, dietoloq və psixoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulub.

 

Hər kəs üçün əlçatanlığı təmin etmək məqsədilə tədbir hibrid formatda həyata keçiriləcək. Əyani şəkildə Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq isə "ZOOM" platforması üzərindən keçiriləcək.

 

Elmi konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 6 DTT balı ilə qiymətləndirilib.

 

Tədbirdə iştirak ödənişsizdir!

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

 

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/mt-https://aztibb.az/az/content/uploads/2023/09/proqram23.pdf

 

Qeydiyyat linki: https://forms.gle/WQqFSLddKYGnSvSz6

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib