ATU-nun Təcili tibb kafedrasında ilk mühazirə dinlənilib  
15.09.2023 16:23

Sentyabrın 15-də Azərbaycan Tibb Universitetinin (ATU) yeni yaradılan Təcili tibb kafedrasında I Müalicə-profilaktika fakültəsinin IV kurs tələbələri üçün ilk mühazirə keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, ilk mühazirə kafedranın müdiri, dosent Nadir Zeynalovun təqdimatında olub.

 

N.Zeynalov bildirib ki, 2021-ci ilin dekabrında Böyük Elmi Şuranın qərarı ilə Təcili tibb kafedrasının təşkilinə hazırlıq işlərinə başlanılıb. Onun sözlərinə görə, bu kafedranın yaranmasında Ümumdünya Səhiyyə Təşkilatının ölkəmizdəki nümayəndəliyinin böyük xidməti olub. Belə ki, həmin nümayəndəliyin Azərbaycanda həyata keçirdiyi layihələrin istiqamətlərindən biri də təcili tibbi yardım sisteminin təkmilləşdirilməsi idi.

 

Təcili tibb sahəsində yeni strukturların yaradılması və mütəxəssislərin hazırlanmasının artıq zərurətə çevrildiyini söyləyən kafedra müdiri, proqramların dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğunlaşdırılması baxımından Təcili tibb kafedrasının təşkilinin məqsədəuyğun hesab edildiyini vurğulayıb. 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır