Meyvə-tərəvəzlə yanaşı şirniyyat yemək olmaz - Həkim XƏBƏRDARLIĞI
22.07.2020 10:17

"Əhval-ruhiyyəni müsbət saxlamaq üçün daha çox şirniyyat - dondurma, konfet, şokolad istifadə edilir. Mövsümi meyvə-tərəvəzlə yanaşı şirniyyat da yeyilərsə, o zaman meyvə-tərəvəzin də xeyrini görə bilmərik".

 

Bunu Aztibb.az-a açıqlamasında həkim-pediatr Aytən İsmayılzadə deyib.

 

O qeyd edib ki, bunun səbəbi şəkərin immuniteti zəiflətməsidir: 

 

"Şəkər C vitamini ilə oxşardır. Şəkər C vitaminindən öncə limfositlərin - immun hüceyrələrin tərkibinə daxil olur. Bu zaman vitamin C-yə yer qalmır. Buna görə də meyvə-tərəvəzdan aldığımız vitamin C qanda, bədəndə dolaşır və böyrəkdən xaric olur, biz onun faydasını görmürük. Beləliklə, bədəndə immunitet zəifləyir".

 

"1 qaşıq şəkər immunitetimizi 4-5 saatlığa 40% zəiflədir. Bunu nəzərə alaraq, uşaqların qida rasionunda şəkəri minimuma endirmək, şəkərli qidalar verməmək, çörək, makaron kimi karbohidratlı qidaları da azaltmaq lazımdır. Mövsümi, təzə meyvə-tərəvəzə üstünlük verilməlidir", - deyə, həkim bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub