Ayaq burxulan zaman nə etmək lazımdır? - Həkim məsləhəti
20.10.2020 10:27

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının travmatoloq-ortopedi Müseyib Əhmədov “Ayaq burxulan zaman nə etmək lazımdır?” sualını cavablandırıb.

 

Gündəlik həyatımızda aşıq-daban oynağı bağlarının gərilməsinə, adətən el arasında deyildiyi kimi, ayaq oynaqlarında baş verən burxulmalara tez-tez rast gəlirik. Oynaq bağları və vətərlərinə çox güclü dartılma tipli qüvvə təsir etdikdə, onlar gərilir. Belə bir halda daha ağır zədələnmə, yəni vətərlər, oynaq bağlarının cırılması baş verə bilər.

 

Ehtiyatsız hərəkət edəndə, hamar olmayan səth üzərində gəzdikdə, zərbə dəydikdə, yıxıldıqda baş verən bu hallar özünü ağrı, şişkinlik, qansızma, çətinliklə yerimə və oynaq hərəkətliliyinin azalması kimi əlamətlərlə göstərir.

 

Əgər burxulma şiddətli ağrılar vermirsə, bunu evdə müxtəlif müalicə üsulları ilə ən uzağı 2-3 həftəyə sağaltmaq mümkündür.

 

Amma bağlarda qismən yırtılma olarsa, bu vəziyyətdə xüsusi ayaq sarğıları olan bandajlardan istifadə etmək lazımdır. Burxulma zamanı ağır fəsadlar olmasın deyə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər ilk yardım kimi xəstənin ayağını soyuq su ilə yumaq və ya buz qoymaq, sonra ağrı və şişkinliyi azaltmaq məqsədilə oynaq nahiyəsini elastik bintlə sarımaq olar.

 

Lakin bandajı çılpaq ayağa deyil, yumşaq bir corab geyinərək onun üzərinə sarımaq lazımdır. Əks təqdirdə zədələnmiş nahiyə daha çox ağrıya bilər və sağalma müddəti uzanar.İlk yardım üçün xəstənin ayağına rahatlıq vermək lazımdır, piyada gəzmək olmaz. Zədələnmiş nahiyəyə dəsmala bükülmüş buz qoymaq da yaxşı nəticə verir. 1 saat fasilədən sonra yenə 15 dəqiqə buz qoymaq məsləhətdir.

 

Zədələnmiş ayağa bədən səviyyəsindən hündür vəziyyət vermək lazımdır. Bunun üçün ayağı qaldırıb hündür yerə, məsələn, yastığın və s. üzərinə qoymaq olar. Ayaq burxulması vəziyyətində qanı durulducu dərmanlardan və spirtdən istifadə etmək olmaz. Belə hallarda mütləq travmatoloqa müraciət etmək lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib