Bu təbii müalicə vasitəsi prostatın ölçüsünü, qanda xolesterinin və şəkərin miqdarını normallaşdırır
20.10.2020 09:34

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallarla zəngin olan bir tərəvəzdir. 

 

Balqabaq tumları qəbizliyə yaxşı təsir etməklə yanaşı, iltihablar, sidik tutulması zamanı çox faydalıdır. Bundan əlavə, mədə bulantısını aradan qaldırır, mədə qurdlarını tökməyə təsir göstərir.

 

Hissiyyat, sonsuzluq və ya hormonal balanssızlıq problemi olan insanlar üçün də balqabaq tumu faydalıdır. Elmi cəhətdən sübuta yetirilib ki, balqabaq tumu oynaqların iltihabı xəstəliyinin müalicəsində müsbət nəticələrə gətirib çıxarır.

 

Balqabağın 90 faizini su təşkil edir və kalorisi az olan məhsul hesab olunur. Yüz qram məhsulun tərkibində 25 kalori var. Xiyar və qovuna yaxın olan balqabağı bu baxımdan alimlər "dünyanın ən böyük giləmeyvəsi” hesab edirlər.

 
Balqabaq tumu ölçüsü böyümüş prostat vəzinin ölçülərini normallaşdırmaq qabiliyyətinə malikdir. Buna nail olmaq üçün gün ərzində ən az 1 xörək qaşığı duzsuz balqabaq tumu yemək lazımdır.

 

Balqabaq tumlarından hazırlanmış dəmləmə prostat vəzi iltihabını aradan qaldıra bilir. Bunun üçün aşağıdakı sousu hazırlayıb qəbul etmək lazımdır.


Lazım olanlar:

 

  • 1 ovuc təzə balqabaq tumu
  •  1 stəkan su

 

Soyuq suya bir-neçə balqabaq tumu tökülür və zəif odun üstündə qaynamağa qoyulur. Su qaynadıqda yerdə qalan tumlar xırdalanır və qaynar suya salınır, 10-15 dəqiqə zəif odda qaynayır. Bu dəmləmədən hər gün içdikdə prostat vəzidəki iltihabi proses və onun əmələ gətirdiyi patologiyalar aradan qalxır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib