"Dahi təbiblər" rubrikası: Azərbaycanın tanınmış cərrahı, "Şöhrət" ordenli Cəfər Quliyev
11.09.2023 11:35
"Dahi təbiblər" rubrikasında öz üzərində əməliyyat aparan, "Loğman" adlı ansambl yaradan Azərbaycanın tanınmış cərrahı, "Şöhrət" ordenli Cəfər Quliyevi oxuculara təqdim edirik.
O, 31 dekabr 1934-cü ildə Ordubad rayonunun Üstüpü kəndində doğulub. 1958-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olub. Təhsil aldığı müddətdə Kliniki Tibbi Mərkəzin (keçmiş “Semaşko”) Cərrahiyyə şöbəsində feldşer kimi çalışıb.
Azərbaycan Nazirlər Sovetinin və Mərkəzi Komitənin qərarı ilə 1963-1964-cü illərdə yay mövsümü zamanı Azərbaycandan Şimali Qazaxıstana gedən 575 nəfər tələbə inşaat dəstəsinin komandiri və baş həkimi təyin edilib. O, Şimali Qazaxıstanın Selinoqrad vilayətində xəstəxanalar, məktəblər, yaşayış binaları və uşaq bağçalarının tikintisinə rəhbərlik edib.
Cəfər Quliyev 1963-cü ildə kombaynın altına düşərək ağır xəsarətlər alan Anatoli adlı oğlana səhra şəraitində özündən qan köçürüb, onun üzərində ağır cərrahiyyə əməliyyatı aparıb. Bu barədə "Komsomolskaya pravda" qəzetində "Spasibo za sına" adlı məqalə dərc edilib.
O, 1965-ci ildən taleyini Sumqayıt şəhəri ilə bağlayıb. Əvvəlcə Azərbaycan Boru-Prokat Zavodunun tibb bölməsində cərrah işləyib, sonra isə 1 nömrəli xəstəxanada həkim-cərrah kimi çalışıb. 1981-ci ildən 2016-cı ilədək Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri olub.
Tanınmış cərrah Cəfər Quliyev Sumqayıtda tibb işçilərindən ibarət "Loğman" ansamblı yaradıb. Yüzlərlə cərrahiyyə əməliyyatını müxtəlif dillərdə lentə köçürülən musiqi sədaları altında həyata keçirib. 1983-cü ildə "SSRİ səhiyyə əlaçısı" adına layiq görülüb. Azərbaycan Respublikasının yüksək dərəcəli cərrahı olub.
50 ildən artıq əhalinin sağlamlığı keşiyində dayanaraq xalqına sədaqətlə xidmət etmiş Cəfər Quliyev 2 dəfə şəhər Xalq Deputatları Sovetinin deputatı seçilib, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Həmçinin Məmməd Araza həsr edilən "Haqqın var yaşamağa", "Bu da belə bir ömürdür", akademik Rəhim Rəhimov haqqında yazılan "Ordubaddan doğan günəş", tanınmış cərrah İzzət Sadıxova həsr edilən "Burdan bir loğman köçdü" və “Tüstü də var ocaq söndürür" kitablarının müəllifi olub.
O, öz üzərində sağ tərəfi boğulmuş qasıq yırtığı əməliyyatı aparan dünyada sayılan həkimlərdən idi.
Cəfər Quliyev ölkə başçısı tərəfindən 2004-cü ilin dekabr ayında "Şöhrət" ordeni ilə təltif olunub.
2021-ci ilin avqustun 13-də vəfat edib.
TƏBİB
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

