AQTİ Naxçıvanda qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə çalışmaq istəyənləri işə dəvət edir
10.09.2023 07:52

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Naxçıvanda qida təhlükəsizliyi, baytarlıq, fitosanitar və digər sahələrdə çalışmaq istəyən, baytarlıq, zootexniklik, əczaçılıq, biologiya, kimya, bitki mühafizəsi, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, aqronomluq, tibbi profilaktika, bitki mühafizəsi, genetik, biokimyaçı, aqrokimya, qidalanma gigiyenası üzrə mütəxəssis, molekulyar genetik, bioloq, hüquqşünas, informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına yiyələnmiş ali təhsilli mütəxəssisləri əməkdaşlığa dəvət edir.

 

AQTİ-dən Aztibb.az-a bildirilib ki, namizədlərdən müvafiq sahəyə uyğun ali təhsil və ixtisası üzrə iş təcrübəsi tələb olunur.

 

Müvafiq ixtisasa sahib, karyera hədəfləri üçün iş imkanlarını dəyərləndirmək, yüksək əmək haqqı təkliflərindən yararlanmaq istəyən namizədlər işə qəbul üçün müraciət edə bilərlər.

 

Göstərilən tələblərə cavab verən şəxslər CV-lərini 15.09.2023-cü il tarixinədək mövzu yerinə "AQTİ – Naxçıvan" yazaraq hr.aqti@afsa.gov.az e-poçt ünvanına göndərə bilərlər.

 

İşə qəbul müsahibə əsasında aparılacaq. Yalnız tələblərə cavab verən namizədlərin CV-ləri təhlil ediləcək və onlar müsahibəyə dəvət olunacaqlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub