Balığın sağlamlıq üçün faydaları
19.10.2020 21:12

Balıq qırmızı ətlə müqayisədə, daha sağlam protein qaynağıdır. Bunun səbəbi balıq yağında olan omeqa-3 yağ turşularıdır. Omega-3 bədənimizin həqiqətən ehtiyac duyduğu "yaxşı" və ya sağlam yağlarıdır. 

 

Aztibb.az medikforum.ru-ya istinadla balığın faydası barədə məlumat verir.

 

Orqanizmi zəruri qida maddələri ilə təmin edir. Balıq, D vitamininin ən yaxşı qida mənbələrindən biridir, kalsiumun həll edilməsi və sağlam immun sistemi üçün lazımlı qidadır. Bədənimizin metabolizminə nəzarət edən hormonların istehsal edilməsi üçün lazım olan mineral - yod ilə də zəngindir. Xüsusilə yağlı balıqlarda omeqa-3 də çoxdur.

 

Daha sağlam protein mənbəyidir. Balıq əla protein mənbəyidir. Lakin heyvan ətinin növlərindən fərqli olaraq, balıqda çoxlu doymuş yağ yoxdur.

 

Depressiya riskini və simptomlarını azaldır. Balıq zehni sağlamlıq üçün də faydalıdır. Bir neçə tədqiqat göstərdi ki, omeqa-3 depressiya əlamətlərini yaxşılaşdıra bilər. Bundan əlavə, müntəzəm balığın qəbulu, ilk növbədə depressiya riskini azaltmağa kömək edir.

 

Autoimmun xəstəliklərdən qoruyur. Balıq, xüsusilə yağlı balığın qəbulu, autoimmun xəstəliklərin riskini azaltmağa kömək edə bilər. Ekspertlər hesab edirlər ki, bu müdafiə effekti balıq və balıq yağında omeqa-3 və D vitamini ilə əlaqələndirilir.

 

Ürəyin sağlamlığını artırır. Balıqdakı omeqa-3 ürəyi iltihabdan qorumağa kömək edir. Bu sağlam yağlar yüksək xolesterin və yüksək qan təzyiqini azaltmaq üçün çox yararlıdır. Bu faydalar birlikdə ürək sağlamlığının yaxşılaşdırılmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib