Artıq bədən çəkisinin ürək-damar sisteminə təsirləri nələrdir? - İnvaziv kardioloq AÇIQLADI
06.09.2023 12:19
Ürək–damar xəstəliklərinin risk faktorlarına xəstənin yaşı, cinsi və irsiyyəti (ailənin hər hansı bir üzvündə 55 yaşından öncə ürək–damar xəstəliklərinin rast gəlinməsi) aid edilir. Dəyişdirilməsi və ya modifikasiyası mümkün olan risk faktorları isə qanda yağların səviyyəsinin yüksəlməsi (məsələn, xolesterinin artması), yüksək qan təzyiqi (hipertoniya), tütünçəkmə, qeyri-sağlam qidalanma, artıq çəki və piylənmə, həddindən artıq az fiziki aktivlik, mütəmadi alkoqol qəbulu və stressdir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı invaziv kardioloqu Şəhla Ağayeva “Ürək-damar xəstəlikləri üçün risk faktorları” mövzusunda məlumat verərkən deyib.
 
Həkim bildirib ki, tütünçəkmə - dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir. Böyüklər arasında o, hər on nəfərdən birinin ölümünün səbəbidir. Tütün məhsullarının yanması nəticəsində ətraf mühitə yayılan tüstü ikincili tütün tüstüsü kimi tanınır. Qapalı şəraitdə tütün tüstüsü hər tərəfə yayılır və onun zərərli təsirinə həm siqaret çəkənlər, həm də çəkməyənlər məruz qalırlar. Bu, passiv siqaretçəkmə adlandırılır. Tütünçəkmə bir çox ürək-damar və nəfəs yolları xəstəliklərinin yaranmasına səbəb olur və sonda ölümə gətirib çıxara bilir. Tütünçəkənlərin davranışlarının dəyişdirilməsi ürək-damar xəstəliyindən əziyyət çəkən xəstələrin sağlamlıqlarının yaxşılaşdırılması üçün əsas amillərdəndir.
 
Onun sözlərinə görə, qidalanma ürək-damar xəstəliklərinin inkişafına qanda xolesterin (XS), arterial təzyiq (AT), bədən çəkisi və şəkərli diabet (ŞD) kimi digər risk amilləri vasitəsilə və müstəqil şəkildə təsir edir. Bu səbəbdən sağlam qidalanma ÜDX-nin profilaktikasının əsasında durur:
 
"Artıq bədən çəkisi və piylənmə ÜDX olduğu hallarda ölüm riskini artırır. Ölüm hallarının ən aşağı səviyyəsi BKİ-i 18.5-25 kq/m2 olanlardadır. Hesab olunur ki, bədən çəkisinin bundan artıq azaldılması ÜDX-nin əmələ gəlməsi riskinin azaldılmasına əlavə təsir göstərmir. Bədən çəkisinin azaldılması artıq bədən çəkisi və piylənməsi olan şəxslərə tövsiyə olunur. Bədən çəkisinin azaldılması qan təzyiqinin səviyyəsinə və qanda lipidlərin (xolesterin) səviyyəsinə müsbət təsir göstərməklə, ÜDX-nin inkişaf etməsi riskini azalda bilər".
 
Şəhla Ağayeva artıq bədən çəkisinin ürək-damar sisteminə mümkün olan təsirlərini də sadalayıb:
qan təzyiqinin yüksəlməsi;
sistemli iltihabın güclənməsi və protrombotik (trombların əmələ gəlməsi) vəziyyətin inkişaf etməsi;
sidikdə zülalın (albuminin) olması və ya sidiklə zülalın itirilməsi.
 
Kardioloq qeyd edib ki, bir çox ürək-damar xəstəliklərinin inkişafına irsiliyin və genetik faktorların roluna dair təkzibedilməz sübutlar mövcuddur.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub