Alimlər uşaq immunitetini yüksəltməyin üsulunu tapıblar
19.10.2020 17:48

Helsinki Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, uşaqların immunitetinin gücləndirilməsinə meşələrdən gətirilmiş bitkilər yerləşdirilən oyun meydançaları kömək edə bilər.

 

Aztibb.az tass.ru-ya istinadla xəbər verir ki, şəhərlərin "steril" şəraitində böyümüş uşaqların oqanizmi toz, palçıq, bitkilərin tozcuğu kimi təbii amillərlə rastlaşmadığından zəif immun sisteminə malikdir. Helsinki Universitetinin alimlər qrupu uşaqların immun sistemi vəziyyətini tədqiq edərkən ölkənin bir neçə uşaq bağçasında oyunlar üçün asfaltlanmış meydançaların meşədən gətirilmiş cavan ağaclardan ibarət çəmənlik sahələri ilə əvəz edilməsindən sonra belə nəticəyə gəliblər. Tədqiqatın nəticələri ABŞ-ın "Science Advances" elmi jurnalında dərc edilib.

 

Asfaltın təbii materiallara əvəz edilməsindən sonra 28 gün ərzində alimlər 75 uşağın vəziyyətini müşahidə ediblər, onların immun sisteminin göstəricilərinə nəzarət ediblər.

 

Uşaq bağçasında standart şəraitdə müşahidə olunan nəzarət qrupu ilə müqayisədə, "meşə" qrupunda dəri mikrobioması göstəriciləri (insanın dərisinin faydalı və qeyri-normal mikroflorası nisbəti) üç dəfə yüksək olub. Həmçinin immunitetin (T-limfositlər və iltihabi proseslərə mane olan sitokinlər) möhkəmlənməsinə səbəb olan zülal və hüceyrələrdə müsbət irəliləyiş qeyd edilib.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib