Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova “Space” TV-yə müsahibə verib
05.09.2023 12:25
Son zamanlar əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və xəstəliyin kəskin əlamətləri 2-3 gün davam edir. Virus daşıyıcıları yüksək hərarət, burun axması, boğaz, baş, qulaq, əzələ-sümük ağrıları və şiddətli öskürəkdən şikayətlənirlər. Müşahidələr göstərir ki, bu xəstələr ailədaxili, ev şəraitində yoluxurlar. Qrip virusları yoluxduqdan 1 gün sonra simptomlar özünü göstərməyə başlayır.
 
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalıdır. Vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyişdirilməlidir.
 
Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzunmüddətli olur. İnsanların çoxusu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar, lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır. Mərkəzi
 
Aztibb.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının terapevti Nazilə Xəlilbəyova “Space” TV-nin “Hər gün” proqramına müsahibə verib. Süjeti Sizə təqdim edirik: https://www.youtube.com/watch?v=0wvzfOHkrLI&feature=youtu.be 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub