Yeni dərman pəhriz saxlamadan arıqlamağa kömək edəcək
05.09.2023 09:54

Cənubi Koreya Əsas Elmlər İnstitutunun İdrak və Sosializm Mərkəzinin tədqiqatçıları iddia edirlər ki, KDS2010 adlı yeni dərman pəhriz məhdudiyyətləri olmadan arıqlamağa imkan verir. Bu kəşf qlobal piylənmə ilə mübarizədə mühüm rol oynaya bilər.

 

Aztibb.az-ın medimagazin.com.tr-yə istinadla xəbərinə görə, "Nature Metabolism" jurnalında dərc olunan məqalədə astrositlərin beyindəki roluna və qidalardan imtina etmədən arıqlamağın mümkünlüyünə diqqət yetirilir.

 

Tədqiqat qrupu qida qəbulu ilə beynin hipotalamusunun nəzarət etdiyi enerji balansı arasındakı mürəkkəb əlaqəni araşdırıb. Onların tədqiqatlarının diqqət mərkəzində xüsusi olaraq GABRA5 klasteri adlanan nörotransmitter GABA reseptoru ilə əlaqəli neyronların çoxluğu olub. Araşdırmaçılar bu neyronların yağ metabolizmasının tənzimlənməsində mühüm rol oynadığını aşkar ediblər.

 

GABRA5 neyronlarının aktivləşdirilməsi kök laboratoriya siçanlarında uğurlu çəki itkisinə gətirib çıxarıb və bu, neyronların metabolik keçid rolunu oynaya biləcəyinə əsas verib. Tədqiqatçılar, həmçinin astrositlərin - ulduz formalı, neyron olmayan hüceyrələr - bu neyronların fəaliyyətini tənzimlədiyini və beynin çəkiyə necə nəzarət etdiyini tapıblar.

 

Hazırda 1-ci faza klinik sınaqlarında olan yeni hazırlanmış KDS2010 dərmanı kök siçanlarda piy və çəki azaltmaqda əhəmiyyətli uğur nümayiş etdirib. Maraqlısı isə odur ki, kilo itkisi qida qəbuluna təsir etmədən əldə olunub.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub