Hansı qidalar soyuducuda saxlanılmalıdır? - Mütəxəssis siyahını açıqladı
19.10.2020 16:30

Soyuqda saxlanılması tələb edilməyən, aşağı temperatur və ya rütubətdən xarab olan qidalar soyuducuda saxlanılmamalıdır.

 

Aztibb.az RİA-ya istinadən xəbər verir ki, bunu Finlandiya Ev Təsərrüfatı təşkilatının inkişaf direktoru Marttaliitto Emmy Tuovinen açıqlamasında deyib.

 

O, quru qidaların otaq temperaturunda nəmli qidaların isə soyuducuda saxlanılmalı olduğunu qeyd edib:

 

“Çörək, reyhan, bulyan dadlandırıcıları və ya açılmış qəhvə paketlərini soyuducuda saxlamayın, çünki digər qoxular bu məhsullara asanlıqla hopacaq. Bundan əlavə, şokoladı da soyuducuda saxlamayın, çünki dadı dəyişdirə bilər”.

 

Tuovinen bananların qaralmasına baxmayaraq, otaq temperaturunda saxlanılmalı olduğunu bildirib.

 

“Yumurta həm otaq temperaturunda, həm də soyuducuda saxlanıla bilər. Çörək bişirmək üçün istifadə olunacaq yumurtaların otaq temperaturunda saxlanılması məsləhətdir.

 

Qablaşdırılmış süd, xardal, ketçup, tomat pastası və souslar isə açılmadan əvvəl otaq temperaturunda, açıldıqdan sonra isə soyuducuda saxlanılmalıdır.

 

Bitki yağı kimi məhsulların saxlanılması üçün üçün ən yaxşı şərait bir az sərin, quru və qaranlıqdır, kolza yağı isə soyuducuda saxlanılmalıdır”, - deyə, mütəxəssis vurğulayıb.

 

Tuovinen əlavə edib ki, xiyar, pomidor, bolqar bibəri və kahı kimi tərəvəzlər ümumiyyətlə otaq temperaturunda və ya soyuducunun sərin hissəsində, şüyüd və yaşıl soğan isə soyuducuda saxlanılmalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib