Anadangəlmə və qazanılmış ürək qüsurlarının fəsadları - Kardioloq AÇIQLADI  
04.09.2023 09:02
Ürək qüsurları anadangəlmə və sonradan qazanılmış olmaqla 2 cür olur. Hamiləliyin dördüncü həftəsində ürək kameralarının inkişafı başlayır və bu dövr ilk trimestrin (hamiləliyin üç ayı) sonuna kimi davam edir. Anadangəlmə ürək qüsurlarının yaranması məhz ana bətnində anada olan infeksiyalar, zərərli vərdişlər, genetik amillər, qohum evlilikləri kimi müxtəlif səbəblərdən baş verə bilər. Anadangəlmə ürək qüsurlarının əsas əlamətlərinə tez yorulma, təngnəfəslik, ürəkgetmə, göyərmə, inkişafdan geri qalma kimi simptomları misal göstərə bilərik. Qeyd edə bilərəm ki, ürək qüsurlarına daha çox qadınlar arasında rast gəlinir.
 
Qazanılmış ürək qüsurları daha çox 4-5 yaşdan sonra revmatik xəstəliklər fonunda yarana bilir. Bu isə, ürək qapaqlarında darlıq əmələ gətirir, həmçinin gələcəkdə qapaqların çatışmazlığı və eləcə də ürək çatışmazlığına, ürəyin genişlənməsinə də gətirib çıxara bilər. Əgər anadangəlmə ürək qüsurları cərrahi əməliyyatla aradan qaldırılmırsa, o zaman xəstə nəzarətə götürülür və xəstə ildə 1 dəfə olmaqla müayinələrdən keçirilir. Qazanılmış ürək qüsurları da anadangəlmə qüsurlar kimi müalicə edilmir, sadəcə olaraq qüsuru yaradan əsas səbəblər müalicə edilir. Cərrahi əməliyyata ehtiyac olursa, bu zaman ürək qapaqları bərpa edilir və ya dəyişdirilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin 14 nömrəli Şəhər Poliklinikasının həkim-kardioloqu Nüşabə Səfərova məlumat verib.
 
Ürək qüsurlarının cərrahi yolla aradan qaldırılması məsələsinə toxunan həkim bildirib ki, cərrahi əməliyyat isə uşağın ayından, çəkisindən və qüsurun ağırlığından asılı olaraq təyin edilir.
 
Kardioloqun sözlərinə görə, cərrahi əməliyyata göstəriş mütləq kardioloq və cərrahın müşayiəti ilə təyin edilir. Çox ağır qüsurlar olduqda bir yaşına qədər, bir qədər yüngül formada inkişaf edən qüsurlar zamanı isə 4-5 yaşdan sonra da cərrahi əməliyyat təyin edilə bilir. Qazanılmış qüsurlar da anadangəlmə qüsurlar kimi bir yaşına qədər cərrahi əməliyyatla aradan qaldırıla bilər. Lakin burada bir fərq var ki, qazanılmış qüsurlar müayinə zamanı aşkarlandıqda da cərrahi əməliyyatla aradan qaldırıla bilər.
 
N.Səfərova vurğulayıb ki, anadangəlmə ürək qüsurlarının müayinə üsulları müxtəlifdir:
“Kardioloq müayinə zamanı uşaqda müxtəlif dərəcəli küylər eşitdikdə exokardioqrafiya müayinəsi təyin edir. Bu zaman da anadangəlmə ürək qüsurları aşkarlana bilir. Müalicə üsulları isə artıq aşkarlanan qüsurun növü və dərəcəsindən asılı olaraq təyin edilir. Qazanılmış ürək qüsurları isə anadangəlmə ürək qüsurlarından fərqli olaraq böyüklərdə də aşkarlana bilir. Bu isə elektrokardioqramma və exokardioqrafiya müayinəsi ilə müəyyən edilir”.
 
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub