Limfa düyünlərinin böyüməsinin əsas SƏBƏBLƏRİ
01.09.2023 08:28
Limfa düyünləri oval və ya yumru formada olan törəmələrdir, ölçüləri 1 mm-dən 2 sm qədər ola bilər. Limfa düyünləri orqanizmin immun sisteminə aiddir. Onlar mikrobların, infeksiyaların və xərçəng hüceyrələrinin yayılmasına maneə yaradır. Bu düyünlərdə xüsusi hüceyrələr limfositlər yaranır ki, onlar orqanizm üçün yad və təhlükəli maddələr və hüceyrələrin məhv edilməsində aktiv şəkildə iştirak edir.
 
Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının şüa terapiya həkimi Xədicə Allahverdiyeva limfa düyünləri haqqında məlumat verərkən deyib.
 
Həkim bildirib ki, limfa düyünləri boyunda, qolaltında, boğazda, bədənin bir çox hissələrində olur. Orqanizmin təmizlənməsində böyük rol oynayan bu həssas düyünlər bəzən iltihabi prosesdən şişir, ölçüsü böyüyür və ağrı verə bilir. Limfa düyünlərin böyüməsinin səbəbləri çoxdur. Amma əsas 3 qrupu ayırd edirlər: ya orqanizmdə güclü iltihab var, ya infeksiyalar çoxalıb ya da onkoloji proses başlayıb.
 
"Əgər sizdə limfa düyünləri ətrafı qızarıbsa, əllə yoxladıqda böyümə, ağrı varsa, udma və baş çevirmə zamanı diskamfort yaranırsa, şişkinlik, tərləmə, titrəmə, çəki itirilməsi, gücsüzlük, öskürək, boğazda ağrı, ürəkbulanma, qızdırma varsa, o zaman limfa düyünlərin iltihabından şübhələnib həkimə getmək lazımdır", - deyə Xədicə Allahverdiyeva qeyd edib.
Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub