Sloveniyada pandemiya ilə əlaqədar 30 günlük xüsusi vəziyyət elan edilib
19.10.2020 12:45

Sloveniya hökuməti koronavirusa yoluxanların sayının artmasını nəzərə alaraq, ölkədə 30 günlük xüsusi vəziyyət elan edib.

 

Bu barədə Sloveniyanın Baş Naziri Yaneş Yanşa özünün rəsmi “Twitter” hesabında bildirib. Bu qərarda pandemiyaya qarşı mübarizə tədbirlərinin konkret hansı istiqamətlər üzrə sərtləşdiriləcəyi əks olunmasa da, yaxın günlərdə regional məhdudiyyətlərin tətbiq olunacağı gözlənilir.

 

Sloveniya Avropa İttifaqı ölkələri arasında pandemiya ilə əlaqədar ilk xüsusi vəziyyət elan edən ölkə kimi yay aylarına qədər müsbət irəliləyişlərə nail olmuşdu. Lakin son həftələrdə yoluxma səviyyəsinin artımı artıq ölkədə qismən lokdaun vəziyyətinin yaranmasına səbəb olub. Ölkənin on iki regionundan doqquzunda sakinlərə öz regionlarını tərk etməyə icazə verilmir. Eyni zamanda, oktyabrın 19-dan etibarən 6-cı sinifdən yuxarı bütün məktəblilərin ”virtual məktəb” proqramı çərçivəsində məsafəli dərslərdə iştirakına dair fəaliyyət planı işə düşüb.

 

İndiyədək Sloveniyada 13151 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 187 nəfərdir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub