Rezidenturaya qəbul olmuş şəxslər Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər
29.08.2023 13:09

2023/2024-cü tədris ili üçün rezidenturaya (Azərbaycan Tibb Universitetin Hərbi tibb fakültəsini bitirmiş namizədlər istisna omaqla) qəbul olmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, rezidenturaya qəbul olan şəxsin özü olmadıqda müqaviləni həmin şəxsin etibarnamə verdiyi digər şəxs imzalaya bilər.

 

Rezidenturaya qəbul olan şəxslərin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.

 

Rezidenturaya qəbul olan şəxslər portal.edu.az platformasında qeydiyatdan keçdikdən sonra 30.08.2023-cü il tarixindən 06.09.2023-cü il tarixinədək Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”inin istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini, siyahıda göstərilən sənədlərin əslini və surətini aşağıdakı cədvəldə qeyd olunan tarixdə və ünvanda şəxsən təqdim etməlidirlər:

 

  • Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini, əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri və ya icazə vəsiqələrini;
  • Əsas (baza ali) tibb təhsili haqqında sənədi: cari ilin məzunları – təhsil müəssisəsi tərəfindən verilən arayışı, əvvəlki illərin məzunları – diplomu;
  • Xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri;
  • Xarici ölkələrdə ali ixtisas tibb təhsili almış, diplomdan sonra ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

Rezidentura hazırlığı aparan elm, təhsil müəssisələri və klinik bazalar

Tarix, vaxt və ünvan

1

Azərbaycan Tibb Universiteti

30 avqust

saat 10:00-15:00

(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM))

2

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu

31 avqust

saat 10:00-dan-14:00-dək (Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM))

3

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu

 

4

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

 

5

Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu

 

6

Mərkəzi Klinik Xəstəxana

 

7

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi

 

8

Milli Onkologiya Mərkəzi

 

9

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

1 sentyabr

saat 10:00-dan-14:00-dək

(Ünvan: Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda İmtahan Mərkəzində (VTM))

10

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi

 

11

Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi

 

12

Milli Hematologiya və Transfuziologiya Mərkəzi

 

13

Respublika Narkoloji Mərkəzi

 

14

Bakı Sağlamlıq Mərkəzi

 

15

Psixi Sağlamlıq Mərkəzi

 

16

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu

 

17

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialı

4 sentyabr

saat 10:00-dan-13:00-dək (Ünvan: Bakı ş., Hüseyn Cavid Prospekti 139)

18

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu

5 sentyabr

saat 10:00-dan-15:00-dək (Ünvan: Bakı ş., Müzəffər Həsənov k.,35)

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub