Uşaqlarda səpgilər nəyin əlamətidir?
02.09.2023 14:21
Dəridə səpki və hərarət varsa, bu allergiya deyil, yoluxucu xəstəliyin işarəsidir. Çünki, allergiya zamanı hərarət qısa müddətdə və kəskin halda davam edir.
Adətən koksaki virusuna yolxma zamanı hərarətli günlərdən sonra ağız ətrafında səpkilər müşahidə olunur. Eyni zamanda, əllərə, ayaqlara da diqqət edilməlidir. Sulanmağa, xoralaşmağa meyilli olan və göynədən səpkilər körpələrdə bütün ayaq və qola yayıla bilsə də bütün gövdəyə yayılmır. Çox hallarda bu səpkilər müalicə olunmadan bir həftə müddətinə yox olur.
Aztibb.az-ın xəbərinə görə, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin pediatrı Gülnarə Rüstəmova uşaq dərisində yaranan səpkilər haqqında danışarkən bildirib.
Həkim qeyd edib ki, uşaqda yüksək hərarətlə birlikdə qırmızı gözlər, bütün bədənə yayılan sıx, xırda, tikanbatıcı hisslərlə narahat edən səpkilər müşahidə olunursa, bu qızılca virusu ola bilər. Bu halda uşaqlar mütləq həkim müşahidəsi altında müalicə olunmalıdır:
"Əgər uşaq hərarətli və ya hərarətsiz, əhvalı pozulmadan, deyə-gülə səpirsə və bu səpkilər başın tüklü hissəsindən başlayıb bədənə yayılırsa, içi sulu, qaşınandırsa, bir yerində sulu səpki, bir yerində quruyan səpki görürüksə, çox güman ki, bu suçiçəyi virusudur".
Onun sözlərinə görə, hərarət olmadan müşahidə olunan tək yaranan sulu səpki sonradan kənarlara doğru dərini açaraq yayılıb, sulanıb, üstü yara bağlayıb və artırsa, bu, sarıyara xəstəliyindən xəbər verir. Hərarətlə birlikdə boyunda limfa düyünlərinin böyüməsi, halsızlıq, solğun dəri üzərində xırda səpkilər varsa, məxmərək xəstəliyinə işarədir.
Gülnarə Rüstəmova suçiçəyi, qızılca və məxmərək xəstəliyinə yoluxan zaman ağırlaşmaların olmaması üçün bu xəstəliklərə qarşı peyvəndlənmənin önəmini vurğulayıb.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

