Uşaqlarda gecə xorultusu və onun aradan qaldırılması yolları
28.08.2023 09:31
Uşaqlarda gecə xorultuları bütün yaş dövrlərində müşahidə edilən bir haldır. Gecə xorultusunun yaranmasında məntiq bir növ orqanizmin gecə istirahət etməsidir. Bu zaman orqanizmin bütün hissələri kimi yumşaq damaq da istirahət edir, yəni boşalır. Bu halda yumşaq damaq dilin kökünə yaxınlaşır.
Aztibb.az xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 9 nömrəli Uşaq Poliklinikasının həkim-otorinolarinqoloqu Zemfira Hümbətova bildirib.
Onun sözlərinə görə, uşaqlarda gecə xorultuları bir çox valideyni maraqlandıran və narahat edən mövzudur: “Adətən, uşaqda xorultu var dedikdə yalnız adenoid haqqında düşünülür. Doğrudur, adenoid xorultuya səbəb olur, lakin həmişə xorultunun səbəbi adenoid deyil. Əksər valideynlər çıxış yolu kimi əməliyyatı görür. Ya təcili əməliyyat elətdirir, ya da gələcəkdə əməliyyat etdirmək səbəbi ilə müayinə və müalicəni arxa plana salır. Adenoid kəsildikdən sonra belə xorultu bir müddət sonra yenə davam edir”.
Z.Hümbətova adenoidi təsdiqləmək üçün radioloji müayinəyə ehtiyac olduğunu qeyd edib. Bildirib ki, burun tənəffüsünün pozulması qulaqda eşitmə problemləri də yaradır.
Həkim-otorinolarinqoloq burun və onun əlavə ciblərinin iltihabi xəstəliklərinin (haymorit, frontit, etmoidit, sfenoidit) də uşaqlarda gecə xoruldumalarına səbəb ola biləcəyini deyib:
“Bu, digər səbəblərdən də baş verə bilər. Yuxarı tənəffüs orqanlarının inkişaf anomaliyaları, damaq badamcıqlarının hipertrofiyası, bronxial astma, uşaqlarda artıq çəki də təsir edən amillər sırasına daxildir. Bu zaman uşağı zəruri müayinələrdən keçirmək, səbəbin müəyyən edilməsi və onun aradan qaldırılması üçün düzgün müalicə metodlarının tətbiq olunması vacibdir”.
Həkim-mütəxəssis valideynlərə bu kimi halların qarşısının alınması üçün bir sıra profilaktik tədbirlərin görülməsini tövsiyə edib. Bildirib ki, valideynlər uşaqlarını müxtəlif dərnəklərə aparmalı, onlar mahnı oxumalı, nəfəs alətlərində çalmaq kimi bacarıqlara yiyələnməlidirlər. Bunlar xoruldamanın qarşısını tam almasa da, aradan qaldırılmasına müsbət təsir göstərir. Eyni zamanda, uşağın yatdığı otaqda hava rejiminə nəzarət edilməlidir.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53

