Tərtərin Talış kəndinin sakinləri üçün tibbi sosial aksiya keçirilib  
27.08.2023 13:15
Tərtər rayonunun işğaldan azad olunmuş Talış kəndində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tibbi-sosial xeyriyyə aksiyası keçirilib.
 
Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, aksiya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə baş tutub.
 
Tədbirin rəsmi hissəsində çıxış edən Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, Tibbi Xidmət İdarəsi tərəfindən işğaldan azad olunmuş ərazilərdə əhalinin zəruri tibbi xidmətlərlə təminatına dəstək məqsədilə ən yüksək texnologiyalar əsasında onların mütəmadi olaraq müayinələrinin həyata keçirilməsi nəzərdə tutulub. O, tibbi aksiyada Talış kəndində əhalinin tibbi müayinəsi üçün hər bir şəraitin yaradıldığını diqqətə çatdırıb.
 
Aksiyada Mərkəzi Gömrük Hospitalının kardioloq, terapevt, uroloq, psixiatr, pediatr, nevroloq, mama ginekoloq, endokrinoloq, fizioterapevtdən ibarət 20 nəfərdən artıq yüksəkixtisaslı tibb heyəti Talış sakinlərini tibbi müayinələrdən, o cümlədən USM, EKQ, EXO müayinələrindən keçirirlər. Tibbi aksiyada iştirak edən sakinlər həmçinin dərman vasitələri ilə təmin edilir.
 
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev bildirib ki, Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkim briqadası aksiya çərçivəsində Talış kəndinin sakinlərini müayinə edib, USM, EKQ, EXO tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub. Həmçinin, aksiya çərçivəsində aktual mövzular olan ilan sancması və zədələnmələr zamanı ilk tibbi yardımın göstərilməsi kimi maarifləndirici təlimlər keçirilib.
 
Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin icraçı direktorunun köməkçisi Vüsal Məmmədov Talış kəndində məskunlaşa əhalinin dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb, bugünkü aksiyanın təşkilinə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının tibbi heyətinə təşəkkürünü bildirib.
 
Qeyd edək ki, müayinə olunan sakinlər arasında Talış kəndində 30 ildən sonra ilk dünyaya gələn körpə Zəhra Camalzadə də olub.
Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır