Qızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir
25.08.2023 16:55

Qızıl yel streptokokk mikrobun törətdiyi ağır infeksion xəstəlikdir. Qızılyel törədici A qrup betta hemolitik streptokokklardır. Yoluxma əsasən dəri və selikli qişalar, tənəffüs yolları ve bəzən hematogen yolla da olur ki, bu zaman sepsis baş verir. Mövsümlə bağlı olaraq daha çox payız-qış aylarında aktiv olur.

 

Aztibb.az xəbər verir ki, bu barədə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər bölməsinin həkim infeksionisti Afət Süleymanova məlumat verib.

 

İnfeksionist qeyd edib ki, orqanizmində streptokokk ocağı olan hər kəsdə bu xəstəlik yarana bilər. Xüsusilə revmatizm, revmatoid artrit, skarlatina, angina, frunkulyoz, bundan basqa şəkərli diabet, limfa və qan dövranı pozğunluğu olanlar bu xəstəliyə daha həssasdır. Çünki bunlarda hemolitik streptokokklara qarşı ləng tipli həssasliq daha yüksək olur. Qızılyel toksiko-allergik xəstəlikdir. Xəstəliyin patogenezində damar zədələnmələri əsas rol oynayır, qan dövranı pozulur.

 

Onun sözlərinə görə, xəstəlik 2-4 günlük inkubasion dövrdən sonra birdən birə yüksək temperatur, baş və əzələ ağrıları ilə başlayır. 12-36 saat sonra zədələnmə yerində dəridə göynəmə, ağrı, daha sonra qızartı və qalınlaşma olur. Xəstə dəhşətli ağrılardan və göynəmədən şikayətlənir. Əl vurduqda ağrı daha da şiddətli olur.

 

"Xəstəliyin 4 forması var eritematoz, eritematoz-bulloz, eritematoz-hemorragik, bulloz-hemorragik. Hər bir formanın özünə məxsus xüsusiyyətləri var. Eritematoz forma üçün daha çox kəskin və aydın sərhədləri olan xəritəyəbənzər forma xarakterdir. Vaxtında müalicə olunsa bir neçə günə sağalır. Yerində qabıqlanma verir. Bulloz formada suluqlar formalaşır. Bəzən suluq yerində qansızma, eroziya, xoralar ola bilir. Yara ətrafında limfa damarlari iltihablaşır.
Həmçinin ağızda damağın selikli qişasının zədələnməsi özünü hiperemiya, angina, suluqlar şəklində, burnun zədələnməsi rinit şəklində də göstərir. Qanda leykositoz,EÇS-in artmasi müşahidə olunur.


Bundan başqa tez-tez residivlər baş verə bilər. Bu zaman ilkin zədə yeri iltihablaşır, bədən temperaturu yüksəlir, halsızlıq yaranır. Vaxtında müalicə olunmasa irinli ağırlaşmalar baş verə bilər", - deyə Afət Süleymanova əlavə edib.


Həkim bildirib ki, müayinə üçün xüsusi üsul yoxdur. Xəstədən ümumi qan analizi alınır, streptokokk fermentləri yoxlanılır. Müalicə üçün antibiotiklər, ağrı kəsicilər, qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur. Xəstəyə gigiyenik qaydalara əməl olunması, zədə nahiyyəsinin immobilizasiyası məsləhət görülür.


Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub