Pnevmoniya və bronxit arasındakı fərq nədir?
25.08.2023 12:01

TƏBİB-in tabeliyindəki Qazax Müalicə Diaqnostika Mərkəzinin həkim-terpevti Şahin Həsənov pnevmoniya və bronxit arasındakı əsas fərqləri açıqlayıb.


Aztibb.az xəbər verir ki, həkim bildirib ki, insanlar bu xəstəliklərə yoluxan zaman tez-tez öz-özünə müalicə olunmağı üstün tuturlar ki, bu da ciddi sağlamlıq fəsadları ilə nəticələnir. Xəstələr uzun müddət xəstəliyin öhdəsindən təkbaşına gələ biləcəkləri ümidi ilə həkimə müraciət etmirlər.

Terapevtin sözlərinə görə, bir çox xəstəliklər burun tutulması, burun axması, boğaz ağrısı və quru öskürək ilə başlayır. Əgər öskürək dominant təzahürə çevrilirsə, o zaman çox güman ki, insan kəskin bronxit yaranır. Və bu artıq ciddi xəstəlik hüsab olunur.
"Bronxit qızdırma, quru öskürək ilə başlayır sonra bəlğəm ifraz olunur. Bəlğəm qeyri-şəffaf ola bilər, ancaq rənginə görə onun bakteriya və ya virus olduğunu müəyyən etmək mümkün deyil, analiz tələb olunur", - deyə Şahin Həsənov vuğulayıb.


O, diqqəti əksər hallarda kəskin bronxitin virus xarakteri daşıdığına yönəldib. Bu o deməkdir ki, onu antibiotiklərlə müalicə etmək mümkün deyil. Həkimin sözlərinə görə, bronxitdən şübhələnirsinizsə, dəqiq diaqnoz qoymaq, diaqnoz və müalicə planını təyin etmək üçün mütləq bir terapevtlə əlaqə saxlamalısınız.
"Bronxitlə səhv salına bilən pnevmoniya da soyuqdəymə kimi başlayır. Ancaq bronxitdən fərqli olaraq, ölümcül təhlükə daşıyır. Bu xəstəliyə yalnız rentgen və ya KT müayinəsinin nəticələri, tibbi müayinə, bəlğəm və qan testlərinin nəticələri ilə diaqnoz qoyula bilər. Bilmək lazım olan ən vacib şey odur ki, pnevmoniya öz-özünə keçmir! Üstəlik, bu xəstəlik vaxtında və ciddi müalicə olmadıqda ölümcül olur", - pulmonoloq xəbərdarlıq edib.

 

Həkim iddia edib ki, sətəlcəm hallarının 30 faizinə qədərində diaqnoz qoyulmur və ya çox gec aşkarlanmır, çünki termometr 39 dərəcədən aşağı temperatur göstərirsə, insanlar həkimə müraciət etmirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub