Sağlam bağırsaq üçün ideal məhsullar
18.10.2020 22:03

Qida lifləri - bağırsağın zədələnməmiş selikli qişasının ən yaxşı dostudur. Bakteriyaların həzm etmədiyi suda həll edilməyən liflərlə yanaşı, bakteriyaların qalın bağırsaqda parçaladığı suda çözülən liflər də mövcuddur. Sonuncu digərləri arasında yağ turşularını da yaradır. 


Aztibb.az medikforum.ru-ya saytına istinadla bağırsağınızı həmişə sağlam saxlayacaq qidaların siyahısını təqdim edir:

 

Banan: inulinlə zəngindir. Bu lif xüsusilə iltihab əleyhinə bağırsaq bakteriyalarının artımına xüsusilə faydalı təsir edir.

 

Balıq: balıq çox sayda doymamış yağ turşusu ehtiva edir. Onlar seliyin istehsalını, hüceyrələrin artımını və qoruyucu funksiyasının gücləndirilməsini artırır.

 

Meyvələrin əti: söhbət şişməyə səbəb olan maddələrdən gedir: bağırsaqdakı bakteriyalar maddələri qısa zəncirli yağ turşularına parçalayır. Onlar, öz növbəsində selikli qişanı bəsləyir. Doldurucular, məsələn, rəndələnmiş alma və ya yerköküdə tapıla bilər.


Qabıqlı şəkildə bişirilən kartof: yağ turşusu, xüsusilə bağırsağın mühüm müdafiəçisidir. Qısa zəncirli yağ turşusu olaraq, bağırsaq hüceyrələrini, daha doğrusu epitelial hüceyrələri enerji ilə təmin edir. Onlar bağırsağın selikli qişasının artımını stimullaşdırırlar.


Duzlu kələm: fermentasiya olunan bütün bitkilər patogen bakteriyaları qovur və beləliklə bağırsağın selikli qişasını qoruyur.

 

Qara çörək: tərkibində vacib lif və qiymətli karbohidratlar var.

 

Bundan əlavə, qastroenteroloqlar pəhrizinizə çox miqdarda noxud, lobya, mərci, həmçinin ispanaq, kələm və yerkökü əlavə etməyi məsləhət görürlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib