"Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdacağımıza inanırıq" – Akademik Əhliman Əmiraslanov
20.08.2023 17:28

Qərbi azərbaycanlılar tam əmindir ki, biz Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqlarımıza qayıdacağıq və ata-baba yurdumuzda əbədi yaşayacağıq. Prezident İlham Əliyevin bir müddət əvvəl Qərbi Azərbaycan İcmasının inzibati binasına gəlməsi, orada görüş keçirməsi və tarixi çıxış etməsi çox əlamətdar hadisə idi. Biz uzun illərdir Qarabağ həsrəti ilə yaşadıq və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə qazandıq.

 

Aztibb.az Trend-ə istinadla xəbər verir ki, bunu BİA-nın “Sahil Kərimli ilə Aktual” müəllif videolayihəsinə müsahibəsində Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının rəhbri, akademik Əhliman Əmiraslanov bildirib.

 

Akademik qeyd edib ki, indiki Ermənistan adlanan ərazilər tarixən Azərbaycan xalqına məxsus olub:

 

“Erməni separatçıları xalqımızı bu ərazilərdən zorla çıxarıb, bizə qarşı deportasiya, etnik təmizləmə siyasəti aparılıb. Bu bir faktdır ki, hazırda həmin yaşayış məntəqələrində demək olar ki, yaşayış yoxdur. Şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran qalıb. Bu fakt bir daha təsdiq edir ki, həmin ərazilər bizim xalqımıza məxsusdur. Azərbaycan dövləti Prezient İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə Qərbi Azərbaycana qayıdış konsepsiyası hazırlayıb.

 

Biz hamımız var gücümüzlə çalışmalıyıq və dövlət başçımızın müəyyən etdiyi hədəflərə doğru irəliləməliyik. Biz torpaqlarımıza topla-tüfənglə, tanklarla yox, sülh yolu ilə qayıdacağıq. Biz beynəlxalq miqyasda da təbliğati işlər aparmağı planlaşdırırıq. Hazırda Qərbi Azərbaycanlıların siyahıya alınması prosesi davam edir. Eyni zamanda Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın bir çoxu hazırda xarici ölkələrdə - Rusiya, Türkiyə və digər ərazilərdə yaşayırlar. Onların hətta bir neçə dərnəkəri, cəmiyyətləri var. Məqsədimiz həmin cəmiyyətlərlə əlaqə saxlamaq, onları da bu prosesə cəlb etmədkir. Biz bütün dünyaya sübut edəcəyik ki, bizim məqsədimiz sülhməramlı məqsəddir", - deyə o əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib