Çıxıqlar və sınıqlar zamanı ilk tibbi yardım
18.10.2020 09:46

Uşaqlar arasında baş verən xəstəliklərin siyahısında travmalar birinci yerdə durur. Aztibb.az xəbər verir ki, bu travmaların çoxu çıxıqlar və sınıqlardan ibarətdir.

 

Oynaq sümükləri uclarının oynaq boşluğunda yerdəyişməsi zamanı çıxıq baş verir. Belə halda oynaq kisəsinin tamlığı pozulur, bəzən isə oynaq bağları qırılır. Oynaqlarda ağrıların olması, hərəkətin çətinləşməsi, oynağın formasının dəyişilməsi, adi vəziyyətdə dayanmaması, oynaqda çıxığın baş verməsini göstərir. Oynaqda çıxıq baş verərkən ətrafları immoblizasiya etməklə (tərpənməz hala salmaqla) oynağı rahat vəziyyətə qoyub sarınır. İri oynaqlarda çanaq, bud, diz, bazu oynaqları, habelə onurğaarası oynaqda çıxıq baş verdikdə isə zədələnmiş insana ağrıkəsici dərman vurmaq məsləhət görülür.

 

Onurğaarası oynaqlarda çıxıq baş verdikdə xəstəni bərk lövhədə kürəyi üstə uzatmaqla həkimə aparmaq lazımdır.


Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil və ya velosiped qəzaları zamanı sümüklərdə sınıqlar baş verir. Qapalı sınıqlar zamanı dərinin tamlığı pozulmur, açıq sınıqlar zamanı isə dəridə yaralanmalar baş verir.

 

Sınıqları hərmişə tez müəyyən etmək olmur, buna görə də, şübhəli vəziyyət aşkar olunduqda dərhal həkimə müraciət etmək lazımdır. Sınıqlar zamanı ilk tibbi yardım sınan nahiyyəni tərpənməz hala gətirməkdən ibarətdir. Xəstənin zədələnmiş nahiyyəsini hərəkət etdirmədən həkimə çatdırmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib