Qarın quruldamasının - Səbəbləri
17.10.2020 23:42

Həzm sisteminə düşən qidanın parçalanması zamanı qaz əmələ gəlir. Məhz bu qaz qabarcıqların mədə və bağırsalarda hərəkəti nəticəsində qarında qurultu əmələ gəlir.

 
İnsan ac olanda mədə və bağırsaqlar yığılmağa başlayır ki, bu da qarın qurultusuna səbəb olur. Beləliklə, acqarına və yeməkdən sonra qarında qurultunun olması təbii fizioloji prosesdir.

 

Lakin bəzən qarın qurultusu tez-tez təkrarlanır, qurultu çox güclü olur, ağrılarla müşayiət olunur, insanı narahat edir, psixoloji diskomfort yaradır. Bu halda mütəxəssisə müraciət etmək lazımdır.

 

Aztibb.az xəbər verir ki, qarın qurultusunun həddindən artıq tez-tez baş verməsi mədə-bağırsaq sistemində olan müxtəlif pozulmalara işarə edə bilər:

 

- bağırsaq mikroflorasının pozulması (disbakterioz)

- qastrit

- mədə və 12 barmaq bağırsağı xorası

- kolit

- öd kisəsinin və qaraciyərin funksiyalarının pozulması

- qurd xəstəlikləri

- bağırsaq keçilməzliyi (bu zaman insanı güclü ağrı narahat edir, nəcis ifrazında gecikmə yaranır). Bu çox təhülkəli pozulmadır.

həzm fermentlərin çatışmazlığı ilə bağlı olan pozulmalar və s.

 

Qarın qurultusunun səbəbi sinir sistemi pozulmaları (depressiya, nevrasteniya və s.) da ola bilər.

 

Bu simptom qadınlarda menstruasiyadan əvvəl və menstruasiya zamanı meydana çıxa bilər. Bunun səbəbi orqanizmdə hormonal fonun dəyişilməsidir.

 

Hamiləlik zamanı qarın qurultusunun səbəbi bağırsaqların sıxılmasıdır.

 

Bəzi ziyanlı qida vərdişləri də qarın qurultusuna səbəb ola bilər

- səhər yeməyindən imtina etmək

- yeməyi tez-tez yemək, az çeynəmək

- yemək zamanı danışmaq və s.

 

Bununla yanaşı, bəzi qidalar və içkilərin qəbulu sağlam insanlarda da güclü qarın qurultusuna səbəb olur. Bu qidalara qızardılmış, yağlı qidalar, şirniyyatlar, süd, kələmin bütün növləri, göbələk, paxlalılar (noxud, lobya, mərci), mayalı xəmirdən hazırlanmış un məmulatları, mayonez, qazlı içkilər, pivə, kvas aiddir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib