C vitamini çatışmazlığına işarə edən SİMPTOMLAR
18.10.2020 09:53

C vitamini insanın sağlamlığında olduqca böyük rol oynayır. C vitamini:

 

- zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;

- kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;

- immun sisteminin fəaliyyətində böyük rol oynayır - virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir, orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır;

- kollagen zülalının sintezində iştirak edir;

- yaraların tez sağalmasına kömək edir;

- orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma proseslərini ləngidir;

- qanda şəkərin və xolesterinin səviyyəsini normallaşdırır;

- qanın qırmızı hüceyrələrinin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir;

- damarların və kapilyarların divarlarını möhkəmləndirir;

- orqanizmdə iltihabları azaldır;

- yoğun bağırsaq, qida borusu, sidik kisəsi, endometrium (uşaqlığın daxili qatı) və bəzi digər orqanların xərçəng xəstəliyinin profilaktikasında böyük rol oynayır;

- orqanizmə streslə mübarizədə kömək edir və s.

 

Bütün bunları nəzərə alaraq orqanizmdə C vitamininin defisiti yarananda bir çox orqan və sistemlərdə pozulmalar inkişaf edir.

 

Aztibb.az oxucularını C vitamininin çatışmazlığına işarə edən ilkin simptomları ilə tanış edir:

 

1. Damaqların şişməsi və qanaması. C vitaminin daha ciddi defisiti zamanı dişlər laxlamağa başlayır və hətta tökülə bilər.

2. Dəridə göyərmələrin tez-tez əmələ gəlməsi, yaraların gec sağalması.

3. Saçların gec uzanması və tökülməsi.

4. Oynaqlarda ağrılar.

5. Soyuqdəymə xəstəliklərinə tez-tez tutulması və gec sağalması.

6. Bədən çəkisinin səbəbsiz artması. C vitamini piylərin parçalanmasını sürətləndirir və onun defisiti zamanı piy orqanizmdə daha tez toplanmağa başlayır.

7. Gün ərzində yorğunluq və zəiflik.

8. Dərinin quru və solğun olması, qırışların artması. C vitamini kollagenin sintezində iştirak edir. Kollagen zülalı isə dərimizi cavan və elastik edir.

9. Burun qanaxmaları. C vitamini kapilyar və damarların sağlamlığında çox böyük rol oynayır, damarların divarlarını möhkəmləndirir. C vitaminin çatışmazlığı zamanı kapilyar və damarlar zəifləyir. Nəticədə burunun içərisində yerləşən kiçik damarlar partlaya bilər ki, bu da qanaxmaya səbəb olur.

10. Dırnaqların nazik və zəif olması.

 

Xoşbəxtlikdən, orqanizmdə C vitamininin səviyyəsini artırmaq çətin deyil. Bunun üçün qidalanmada bu vitaminlə zəngin olan məhsulları  - itburnu, qara qarağat, bolqar bibəri, kivi, kələmin bütün növləri, sitrus meyvələri, göyərtiləri artırmaq lazımdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib