Damar sərtliyi olanlar nə yeməlidir?
19.08.2023 11:55

Tibbdə ateroskleroz kimi tanınan damar sərtliyi xüsusilə 45 yaşdan yuxarı şəxslərdə daha çox rast gəlinir. Müalicə edilməzsə, geri dönməz nəticələrə səbəb ola bilər. İnfarkt və beyin qanaması başda olmaqla ölümlə nəticələnən bir çox xəstəliklərin altında yatan əsas səbəb məhz aterosklerozdur.

 

Bu barədə məlumat verən Liv Bona Dea Hospitalının həkimi, tanınmış ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, birbaşa qidalanma ilə əlaqəli olan bu xəstəlik yanlış qidalanma vərdişləri davam etdiyi müddətcə ağır nəticələrə səbəb olar.

 

Onun sözlərinə görə, aterosklerozlu pasiyentin pəhrizində yağdan alınan enerji miqdarı 30%-dən çox olmamalıdır.

 

Uzman həkim qeyd edib ki, damar sərtliyi olanlar meyvə və tərəvəzlərlə zəngin pəhrizə əməl etməlidirlər. Doymuş yağlar yerinə zeytun yağı və ya qarğıdalı yağı kimi bitki yağları istehlak edilməlidir:

 

"Heyvan daxili orqanlarının (içalat) istehlakından qaçınmaq lazımdır. Həmçinin ətin yağsız hissələrinə üstünlük verilməlidir. Toyuq dərisi istehlak edilməməlidir. Gündəlik duz istehlakı 6 qramla məhdudlaşdırılmalıdır".


C.Gülmalıyev əlavə edib ki, damar sərtliyi olanlar qızardılmış yeməklər yerinə bişmiş qidalara üstünlük verilməlidirlər. Ət yağlı qida olduğundan əlavə yağ istifadə edilməməlidir. Bundan başqa, soğan, moruq və portağal kimi antioksidantlarla zəngin pəhriz yaradılmalıdır. Siqaret dayandırılmalı və gündəlik 30 dəqiqəlik gəzinti və ya orta fiziki fəaliyyətlə məşğul olmaq lazımdır.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub