Boğaz ağrısına qarşı təbii vasitələr
17.10.2020 22:38

Payız-qış mövsümündə ən çox rast gəlinən problemlərdən biri də boğaz ağrısı, badamcıqların iltihabı-anginadır.

 

Aztibb.az boğaz ağrısına, iltihaba və anginaya qarşı ən təsirli təbii vasitələri təqdim edir.

 

Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda effektli prosedurdur. Belə ki, ağıza düzgün qulluq edilməsi, antiseptik ve antibakterial qarqaralar olduqca təsirli sayılır.


Süd və sarıkök də həmin bölgənin infeksiyadan təmizlənməsində mühüm rol oynayır. Sarımsağın isə antibiotik təsiri boğaz ağrısının tez bir zamanda aradan qalxmasına kömək edir.


Boğaz ağrısına qarşı iltihabın müalicəsində bitki çayları da müsbət təsir göstərir. Bunun üçün çobanyastığı, zəncəfil, evkalipt və adaçayını, eləcə də mixək dəmələməsini misal göstərmək olar.

Həmçinin toyuq şorbası, bal və sarımsaq qarışığı çox faydalıdır. Amma mütəxəssislər hesab edir ki, tez-tez boğaz ağrısı olarsa, ildə 5-6 dəfə angina yaranarsa, bu, evdə müalicə ilə keçən hal deyil, mütləq həkimə müraciət olunmalıdır.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib