Kəskin ürək çatışmazlığı ölüm səbəbidirmi? - Nabil Seyidov AÇIQLADI
07.08.2023 10:14
Ürək çatışmazlığı müxtəlif səbəblərdən baş verən, ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan və bir çox hallarda təcili tibbi yardım olmadan ciddi fəsadlara səbəb olan və hətta ölümlə nəticələnə bilən xəstəlikdir.
Aztibb.az xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov kəskin ürək çatışmazlığı mövzusunda danışarkən bildirib.
Onun sözlərinə görə, ürək çatışmazlığının xronik və kəskin formalarını ayırd etmək vacibdir, çünki müalicəyə yanaşma əhəmiyyətli dərəcədə fərqlənir. Bununla yanaşı, xroniki ürək çatışmazlığı olan pasiyentlərdə bəzən müxtəlif səbəblərdən ürək çatışmazlığının kəskinləşməsi baş verə bilir. Həmin kəskinləşmə halları ilə, təəssüf ki, xəstələr təkrar-təkrar xəstəxanaya stasionar müalicəyə yerləşdirilməli olur. Bu cür halların tez-tez təkrarlanması və yaxud kəskinləşməsi başlayan xəstələrin tibb müəssisəsinə gec müraciət etməsi hallarında, təəssüf ki, tibbi yardımın göstərilməsinə baxmayaraq, ölüm halları ilə üzləşirik:
"Burada kəskin ürək çatışmazlığının əsas səbəbi və ya xroniki ürək çatışmazlığının kəskinləşməsinin nədən baş verdiyi az əhəmiyyət daşıyır, çünki səbəbindən asılı olmayaraq ürək çatışmazlığınınnın müalicəsi ümumiyyətlə eynidir. Təhlillər göstərir ki, pasiyentlər tərəfindən həkimin təyin etdiyi dərmanların müntəzəm və düzgün qaydada qəbul edilməməsi, həkim müayinəsinə müntəzəm gəlməməsi həmin xəstələrin ağırlaşmasına səbəb olur. Digər tərəfdən, ürək çatışmazlığının kəskinləşməsindən xəbər verən əlamətlərə (ayaqlarda şişkinliyin artması, artan təngnəfəslik, bədən çəkisinin artması və s.) vaxtında diqqətin yetirilməməsi də xəstələrin vəziyyətinin pisləşməsinə və xəstəxanaya yerləşdirilməsinə gətirib çıxarır".
Nabil Seyidov qeyd edib ki, bəzən pasiyentlər təngnəfəsliyin artdığını hiss edir, öskürəyin çoxaldığını görür, hətta ətrafdakıların tənəffüs zamanı xırıltı eşitdiklərini duyur, lakin həkimə müraciət etmir. Ona görə də həmin pasiyentlər daha ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir və çox vaxt reanimasiyada müalicəyə qəbul edilməli olur. Lakin bir sıra hallarda, müalicəyə baxmayaraq, ölümün qarşısını almaq mümkün olmur.
Həkim bildirib ki, ürək çatışmazlığı olan pasiyentlərdə xroniki ürək çatışmazlığı varsa, onlar mütləq həkimin tövsiyəsinə uyğun dərmanlarını düzgün və müntəzəm qəbul etməlidir. Onlar qida ilə qəbul edilən duzun miqdarını azaltmalı, gündə iki qramdan artıq duz qəbul etməməlidirlər. Digər tərəfdən, maye qəbuluna diqqət yetirməlidirlər. Həmin pasiyentlər həftədə ən azı 1-2 dəfə bədən çəkilərini ölçməli, ayaqlarda və qollarda şişkinliyin artıb artmamasına diqqət yetirməlidirlər. Çünki ürək çatışmazlığı olan pasiyentlərdə bədəndə artıq su saxlanmış olur, yəni su artıqlığı əmələ gəlir. Ayaqlarda şişkinlik və bədən çəkisinin artması asan duyulan əlamətlərdir ki, ürək çatışmazlığının ağırlaşmağa doğru irəliləməsidən xəbər verir. Ürək çatışmazlığı olan pasiyentlərdə mütləq evdə tərəzi olmalıdır. Əgər çəkidə artım görürlərsə, həkimləri ilə məsləhətləşməlidirlər.
"Xroniki ürək çatışmazlığının kəskinləşməsi halları ilə yanaşı, bəzən xəstələr kəskin ürək çatışmazlığı ilə müraciət edir. Kəskin ürək çatışmazlığının səbəbləri də müxtəlifdir. Məsələn, kəskin infarkt, ürək qapaqlarının zədələnməsi, ürəyin infeksiyası və ya revmatik xəstəliyi hallarında kəskin ürək çatışmazlığı yarana bilər. Həmin pasiyentlərdə əlbəttə ki, müalicə tədbirləri təxirəsalınmaz aparılmalıdır, çünki ölüm ehtimalı yüksəkdir. Xüsusilə də, kəskin infarktlarda ürəyin nəinki divarının zədələnməsi, hətta bəzən həmin divarın cırılması baş verə bilər, ürək qapağını saxlayan liflər qırıla bilər. Məhz bu pasiyentlərdə kəskin ürək çatışmazlığı və hətta ani ölüm çox tez-tez baş verir.
Bununla yanaşı, viruslu və ya bakterial xəstəliklər də ürək əzələsinin zədələnməsinə və kəskin ürək çatışmazlığına gətirib çıxara bilər. Biz onlara miokardit deyirik. Yüksək hərarət, digər infeksiya əlamətləri ilə yanaşı bu xəstələrdə ürəyin əzələsi o dərəcədə zədələnir ki, ürək fəaliyyəti pisləşir və qısa zamanda kəskin ürək çatışmazlığı inkişaf edir", - deyə Nabil Seyidov əlavə edib.
O, bütün hallarda pasiyentin öz həkimi ilə məsləhətləşməsi və dərhal təcili tibbi yardıma müraciət etməsinin önəmini vurğulayıb. Bildirib ki, vaxtında həkimə müraciət olunduqda, pasiyentin sağalması və stabilləşdikdən sonra evə yazılması şansı daha yüksək olur.
Bu bölməyə aid digər xəbərlər
Yeməkdən sonra 15–20 dəqiqəlik yüngül gəzinti sağlamlığınıza müsbət təsir göstərə bilər
20.10.2026 | 16:42
Əməliyyatda xəstənin bədənində tənzif unuduldu - 2 həkimə məhkəmə iddiası qaldırıldı
20.10.2026 | 13:48
Virusoloq öz üzərində xərçəng müalicəsi sınağı aparıb - Dörd ildir xəstəlikdən azaddır
20.10.2026 | 10:13
Revmatoloq oynaq ağrılarının narahatedici səbəblərini açıqlayıb - Təkcə hava dəyişikliyi ilə bağlı deyil
20.10.2026 | 08:58
Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT
19.10.2026 | 09:15
Alimlər hüceyrələrin inkişaf yolunu xəritələşdiriblər
18.10.2026 | 15:48
Uşaqlarda çəpgözlük-erkən aşkarlanması niyə vacibdir?
18.10.2026 | 13:44
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
17.10.2026 | 14:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub
15.10.2026 | 11:53
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
17.10.2026 | 13:36

