Orqanizmdəki sink səviyyəsinin COVID-19-dan ölümlərdə rolu olduğu aşkarlanıb - Araşdırma
17.10.2020 10:22

İspaniyanın müxtəlif universitet və institutlarından olan bir qrup tədqiqatçı bu yaxınlarda insan oqanizmində sink səviyyəsinin COVID-19-a təsiri barədə araşdırma nəşr etdirib.

 

Aztibb.az medimagazin.com.tr-yə istinadla xəbər verir ki, tədqiqata görə, xəstəliyin ilkin mərhələlərində sink səviyyələrini bilmək əhəmiyyətlidir. Analizlər nəticəsində tədqiqatçılar aşağı sink səviyyələri ilə COVID-19-un ağırlıq dərəcəsi və ölüm nisbəti arasında güclü bir əlaqə olduğunu bildiriblər. Sink çatışmazlığı COVID-19-a yoluxmuş və ölüm riski altında olan şəxslərdə immun balansının pozulmasına səbəb ola bilər.

 

Tədqiqatçılar 249 COVID-19 xəstəsini əhatə edən bir müşahidə tədqiqatı aparıblar. SARS-CoV-2 virusunun müxtəlif sink konsentrasiyalarında təkrarlanmasını da analiz ediblər. Tədqiqat nəticələrinə görə, sink səviyyəsi 50 mkq / dl-dən aşağı olan şəxslərdə daha ağır klinik nəticələr müşahidə edilib. Bundan əlavə, ölüm nisbəti daha yüksək olub. Tədqiqatın in vitro nəticələri, daha az sink səviyyəsinin SARS-CoV-2-yə yoluxmuş hüceyrələrdə viral genişlənməni dəstəklədiyini göstərir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib