Azərbaycanlı həkim ABŞ-da yüksək vəzifəyə təyin olunub
02.08.2023 09:04

Azərbaycan əsilli həkim, tibb elmləri doktoru Rauf Şahbazov Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan Transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri təyin olunub. 

 

Aztibb.az Marja-ya istinadla xəbər verir ki, həmyerlimiz, həmçinin Cərrahiyyə şöbəsindəki Nil Lempert kafedrasına da rəhbərlik edəcək. 

 

Bu vəzifələrə təyin olunana qədər Rauf Şahbazov Nyu-York ştatının Sirakyus şəhərindəki UPSTATE Tibb Universitetində çalışıb. Həmyerlimiz canlı donordan böyrək nəqli proqramının direktoru, mədəaltı vəzi nəqli proqramının cərrahi direktoru və robotik cərrahiyyə proqramının direktoru vəzifələrində çalışıb. 

 

Rauf Şahbazov Azərbaycan Tibb Universitetinin məzunudur. O, MD, PHD, MRCS  Ed, FEBS,  qaraciyər, böyrək, mədəaltı vəz transplantasiyası, hepatobiliar cərrahiyyə üzrə mütəxəssisdir.

 

Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında, Səudiyyə Ərəbistanının əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında cərrah işləyib. Türkiyədə və ABŞ-ın Virciniya Universitetində cərrah-transplantoloq kimi çalışıb, Avropa və Amerikanın müxtəlif klinikalarında uzunmüddətli təlimlər keçib. 2012-ci ildə Amerika Cərrahlar Cəmiyyəti tərəfindən ABŞ-a dəvət alıb. 

 

Amerika Cərrahlar Kolleci, Amerika Cərrah-Transplantoloqlar Cəmiyyəti və Amerika Tibb Assosiasiyası da daxil olmaqla çoxsaylı peşəkar cəmiyyətlərin üzvüdür. 2017-ci ildə Azərbaycan-Amerika Tibb Assosasiyasını yaradaraq, ictimai fəaliyyətə başlayıb.

 

Elmi jurnallarda onlarla məqalənin müəllifi və ya həmmüəllifidir. “Transplant Cərrahiyyə” kitabında canlı donorun qaraciyər transplantasiyasına dair fəslin müəllifidir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib